Bagcam.az xəritədə

Bagcam.az

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 23 A AZ1000 *** 2 səs

Bagcam.az haqqında

Bagcam.az təhsil portalının məqsədi valideynlərin istək və arzularına uyğun məktəbəqədər təhsil müəssisəsi tapmasına kömək etmək, həmçinin məktəbəqədər təhsil müəssisələrinin bir mərkəzdən tanıtımını həyata keçirmək və onların öz PR fəaliyyətini təşkili üçün onlara bərabər imkanlar təmin etmək və valideynlərin maarifləndirilməsi işini həyata keçirməkdir.Bunun üçün biz “Bağça Axtar” bölməsində məktəbəqədər təhsil müəssisələrinin Bakı şəhərinin rayonları və Metro Stansiyaları üzrə axtarış sistemini təqdim edirik. Həmçinin valideynlər istədikləri müəssisənin adını ümumi kataloqdan seçməklə müəssisə ilə yaxından tanış ola bilərlər. Bagcam.az portalı davamlı yenilənməklə valideynlər üçün uşaq psixikası, uşaq sağlamlığı, uşaq tərbiyəsi, uşaqların təhsili, uşaqların əyləncəsi və digər uşaqlarla bağlı yazıları “Məqalələr” bölməsində təmin edir. Həmin məqalələrin hazırlanmasını ölkəmizin tanınmış mütəxəssisləri və müxtəlif təhsil müəssisələrinin mütəxəssisləri həyata keçirir ki, onlarla da portalın “Mütəxəssislər” bölməsində tanış ola bilərsiniz və onlara müxtəlif suallar verə bilərsiniz. Bundan əlavə olaraq “Xəbərlər” və “Elanlar” bölməsi şəhərimizdə yerləşən təhsil müəssisələrinin elan və xəbərlərini Sizlərin diqqətinə çatdıracaqdır. Bagcam.az portalı təhsil müəssisələrinin tanıtımı üçün bərabər imkanlar yaradır. Portaldakı “Üzvlər” bölməsi vasitəsilə müəssisələr bizim virtual şəbəkənin üzvü olur, özləri haqqında mətn, foto, video, audio formasında məlumatlar yerləşdirirlər və beləliklə, portalın əsas səhifəsində “Seçilmiş Üzvlər”, “Son Əlavə Olunanlar”, “Rayonlar üzrə Müəssisələr” və “Bağça Axtar” bölmələrində yerlərini alırlar.Layihənin tanıtımı üçün xüsusi reklam strategiyası tətbiq olunur və bu strategiyasının fəaliyyət istiqamətləri içərisində Google Adwords və Facebook Sosial Şəbəkəsi əsas yer tutur. Bu iki reklam platforması vasitəsilə internet axtarış sistemində və sosial şəbəkədə tanıtım həyata keçirilir. Layihə professional komanda tərəfindən həyata keçirilmişdir. Layihənin hazırlanması PreMark Media Şirkətinə həvalə edilmişdir. Layihənin müəllifi Education Management Network Şirkətinin direktoru, məktəbəqədər təhsil mütəxəssisi Rasif Dünyamalıdır.