Badamli xəritədə

Badamli

Bakı, Nizami rayonu, Nəvahi küçəsi, 17 AZ1000 *** 0 səs

Badamli haqqında

İlk addımlar Badamlı mənbələrindən ilk dəfə 1947-ci ildə Azərbaycan SSR-də yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə geoloji və geodezik araşdırma işləri aparılmış və qənaətbəxş nəticələr alındıqdan sonra mineral suyun geniş kütlələrin istehlakına verilməsi üçün fəaliyyətlər planı tərtib edilmişdir. İlk dəfə müalicəvi su olaraq təqdim edilən şəfalı su qısa müddətdə SSRİ-nin bütün ölkələrində məşhurlaşır. Ölkənin hər yerindən Azərbaycanın heyrətamiz suyu üçün tələbat sorğuları yağır. Müasir dövr 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini bərpa etdi. “Gəmiqaya Mineral sular” MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başladı. Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir. Müəssisəyə iki boru xətti çəkilib. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylasından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir. Texnologiya Müəssisədə Fransanın məşhur “SİDEL” avadanlığı quraşdırılıb. “SİDEL” mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısıdır. Məhsullar alıcılara şüşə və polietilen qablarda çatdırılır. Qazlı mineral su 0,5, 1 və 1,5 litrlik plastik, qazsız mineral su isə 0,3 və 0,6 litrlik şüşə qablarda buraxılır. Polietilen və şüşə xətlərinin hər birinin saatda istehsal gücü 15 min butulkadır. Hazırda müəssisədə birinci xətdə 62 nəfər çalışır. İkinci xətt işə düşəndə işçilərin sayı 300-ə, zavodun istehsal gücü isə 28 min butulkaya çatacaq. Badamlı 2015 Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətini nəzarətdə saxlayır. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu “Badamlı” suyuna rəy verib.