Baby Plaza uşaq bağçası xəritədə

Baby Plaza uşaq bağçası

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 64 AZ1000 *** 4 səs

Baby Plaza uşaq bağçası haqqında

“Baby Plaza” müasir körpələr evi-uşaq bağçası xüsusi, tamamilə təmir olunmuş binada, mühafizə olunan sahədə yerləşir. “Baby Plaza” – öz adət-ənənələri olan və özünü uşaq təhsil xidməti sahəsində sabit, uğurlu və müasir fi kirlərə müvafi q olaraq inkişaf edən məktəbəqədər müəssisə kimi tanıdır.“Baby Plaza” – 1,5 yaşından 6 yaşına qədər uşaqlar qəbul olunan bağçadır. Bağça gün ərzində beş dəfə, şəxsi mətbəxində aşbazlar tərəfi ndən hazırlanmış, balanslaşdırılmış yeməklər təklif edir. Uşaq menyusunda hər gün meyvə, tərəvəz və şırələr olur. Məhsullar əsaslı şəkildə həkim, dietoloq nəzarətindən keçir.

Baby Plazanın uşaq bağçasının xidmətləri

“Baby Plaza”-da müxtəlif inkişaf qrupları var. Bu qruplarda musiqi məşğələləri, təsviri incəsənət studiyası, müxtəlif üsullarla aparılan (mahnılar, oyunlar, şeirlər və s.) ingilis dili kursları, nitqin və təfəkkürün inkişafı üçün dərnək, barmaqların gimnastikası, floristika, аrt-terapiya, applikasiya məşğələləri, teatr studiyası, uşaq fitnesi və açıq dərslər təşkil olunub. 2010-cu ildə “Baby Plaza” “Azərbaycan bayrağı” mükafatının laureatı olub, 2011-ci ildə isə “Ən yaxşı uşaq bağçası” nominasiyasında “The first” mükafatına layiq görülüb.

“Baby Plaza” uşaq bağçasında ali pedaqoji təhsili, müxtəlif yaşlı uşaqlarla çoxillik ünsiyyət təcrübəsi olan pedaqoq və xidmətçi personal işləyir. Kadr seçimində əsas meyarlar – pedaqoqun uşağa hörmətlə yanaşmaq bacarığı, uşaqların problemlərini anlayışla qəbul etmək, çətin zamanda səmimi olaraq təkcə uşağın deyil, həmçinin uşaqların valideynlərinin və öz həmkarlarının da köməyinə gəlmək istəyidir. Uşağınızı “Baby Plaza” ya etibar etməklə siz əmin ola bilərsiniz ki, o, uşaqlari sevən və onlarla ünsiyyətdən zövq alan insanlarin himayəsindədir. məktəbəqədər uşaqlar üçün “baby plaza” inkişaf qruplari təklif edir məktəbə hazirliq və digər proqramlar:  

  • idman – sağlamliq,
  • musiqili - inkişafetdirici,
  • mahnilarla,
  • şeirlərlə,
  • oyunlarla ingilis dili,
  • tamaşa – oyunlar,
  • applikasiya, 
  • yapma,
  • art – terapiya,
  • floristika,
  • təsviri studiya,
  • təfəkkürün inkişafi,
  • uşaq fitnesi,
  • barmaq gimnastikasi,
  • nitqin inkişafi,

Uşaqlarin bütün bunlarin öhdəsindən gələcəyinə İnanmayacaqsiniz! eləcə də ayda bir dəfə – teatra gediş, ətraf mühiti öyrənmək, doğma vətənin tarixi və folklorunu yada salmaq üçün ekskursiya …. ətrafimiz o qədər maraqlidir ki! uşaqliq – maraqli kəşflər zamanidir! “bаby plaza” da uşaqlarimizin hərtərəfli inkişafi üçün bütün şərait var. saytimizin səhifələrində siz həyatin ən gözəl və təkrarolunmaz anlarini – uşaqliği hiss edəcəksiniz. bizim şüarimiz:“uşaqlarimiz – həyatin çiçəkləridir!”