B&B Communication TV baş ofis xəritədə

B&B Communication TV baş ofis

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 7 AZ1073 *** 0 səs

B&B Communication TV baş ofis haqqında

«BB TV Kommunikeyşn» MMC 1996-ci ildə təsis olunmuşdur və Azərbaycanda ilk dəfə analoq üsülu ilə radio televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlamışdır. Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə «BB TV Kommunikeyşn» MMC-yə Azərbaycan Respublikasının bütün ərazisində, radio televiziya kanallarının rəqəmsal efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. 2007-ci ilin aprel ayından başlayaraq «BB TV Kommunikeyşn» MMC Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətandaşlara təqdim etmişdir. Hal-hazırda «BB TV Kommunikeyşn» MMC rəqəmsal efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir. «BB TV Kommunikeyşn» MMC-nin strategiyasına əsasən, gələcəkdə regionların keyfiyyətli rəqəmsal efir-kabel yayımı ilə əhatə olunması planlaşdırılır. Hər zaman öz sahəsində birinci olan və son texnologiyaları tətbiq edərək abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən «BB TV Kommunikeyşn» MMC artıq üçüncü dəfə efif-kabel yayımı sahəsində birinci olaraq 14 may 2010-cu il tarixində Azərbaycanda ilk dəfə HDTV (yüksək dəqiqliyə malik televiziya) xidmətini abunəçilərinə təqdim etmişdir.