AZTEXNIKA xəritədə

AZTEXNIKA

Bakı, Abşeron rayonu, Yeni Şamaxı şossesi, 15 AZ1000 *** 4 səs

AZTEXNIKA haqqında

2006-ci ildə yaradilmış “Aztexnika” MMC əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin Azərbaycandakı ekskluziv təmsilçisi kimi fəaliyyət göstərir. Hazırda şirkət aşağıdakı dunyaca məhşur brendlərin ölkəmizdəki rəsmi dileridir: “John Deere”- kənd təsərrüfatı avadanlıqları və əlaqəli ehtiyyat hissələri. “ MACK Trucks, Inc. ” – ağır yükdaşıyan və beton qarışdırıcı avtomobillər və traktor treylerlər və onların ehtiyyat hissələri; “ VOLVO Construction Equipment ” - yoltikinti, mədənçıxarma texnikası və onların ehtiyyat hissələri; “ VOLVO Trucks ” - ağır yükdaşıyan və beton qarışdırıcı avtomobillər və traktor treylerlər və onların ehtiyyat hissələri; “ ASTEC AGGREGATE & MINING GROUP ” – mobil və stasionar çınqıl zavodları və onların ehtiyyat hissələri; “ ASTEC Asphalt Group ” - mobil və stasionar asfalt zavodları; “ ASTEC Underground, Inc ” - oyaq açan maşınlar, istiqamətlənmiş burğular, qaya sındıran yol şaxtası və s. “İSUZU” – ticari yük avtomobilləri və onların ehtiyyat hissələri “ Clark Forklift ” - forklift istehsalı və təchizatı sahəsində dünya lideri "CO.RI.MA Srl" –pomidor və şəkər çuğunduru yığımı üçün nəzərdə tutulmuş kombayn istehsalı , Barigelli ehtiyyat hissələrinin satışı , satış sonrası texniki xidmət və servisin göstərilməsi . “John Deere” şirkəti qabaqcıl məhsul və xidmətlərin təchizatı üzrə dünyada aparıcı mövqe tutur və fəaliyyəti torpaqla bağlı olan müştərilərin, yəni bütün dünyada ərzaq, yanacaq, sığınacaq və infrastruktura dair getdikcə artan tələbatı ödəmək üçün torpaq becərən, məhsul yığan, torpaqda dəyişiklik edən və torpağı zənginləşdirərək inkişaf etdirən sifarişçilərin müvəffəqiyyətini təmin etmək əzmindədir. 1837-ci ildən bəri şirkət öz müştərilərini dürüstlük ənənəsinə əsaslanan yüksək keyfiyyətli və innovasiyalı məhsullarla təchiz edir. Mack Granite seriyası Mack Granite (ABŞ istehsalı olan) seriyasi ağır inşaat maşınları sənayesində özünəməxsusluğu ile məşhurdur. Ən ağır işlərin öhdəsindən gəlmək üçün dizayn edilmiş, şassisi, güclü və yanacağa qənaətli Mp motorları və sürücü üçün ən rahat şəraitə sahib kabin dizaynı ilə Mack Granit yüksək texnologiyanın imkanlarını maksimum qazanca çevirməyinizi təmin edir. Bir sözlə özüboşaldan, sement qarışdıran, qar təmizləyən və istənilən inşaat sektoruna aid ağır işlərin öhdəsindən gələ bilən bir avtomobil axtarirsınızsa Mack Truck Sizi gözləyir. “Volvo İnşaat Avadanlıqları” “Volvo İnşaat Avadanlıqları” şirkəti bütün dünyada yol-tikinti və dağ-mədən sənayeləri üçün maşın və avadanlıqların aparıcı istehsalçısıdır. Azərbaycanda “Volvo” şirkətinin rəsmi distribütoru olan “Aztexnika” şirkəti “Volvo” inşaat texnikasının ən geniş çeşidini, o cümlədən çarxlı və tırtıllı asfaltdöşəyən maşınlar, sərt torpaq və asfalt yolbasanları, torpaq möhkəmləndiriciləri, avtomatik qreyderlər, boru düzən qaldırıcı kranlar, tırtıllı və çarxlı ekskavatorlar, ekskavator-yükvurma maşınları, kompakt pnevmoçarxlı yükvurma maşınları, eləcə də kompakt “Volvo” ekskavatorları və s. maşın və avadanlıqların satışı, servisi və zəmanətli təmiri ilə məşğul olur. Bundan əlavə, “Aztexnika” şirkəti orijinal “Volvo” ehtiyat hissələrinin satışını da həyata keçirir. “Volvo” Yük Maşınları “Volvo Yük Maşınları” şirkəti bütün dünyada öz etibarlılığı və səmərəliliyinə görə məşhur olan iritutumlu ağır yük maşınlarının istehsalçısıdır. Azərbaycanda “Volvo” şirkətinin rəsmi distribütoru olan “Aztexnika” şirkəti ən geniş çeşiddə özüboşaldan yük maşınları, tırtıllı traktorlar, betonqarışdıranlar, beton nasosları, treylerlər, qoşqulu traktorlar, tankerlər, kommunal texnika və xüsusi təyinatlı orta və ağır çəkili yük maşınları da daxil olmaqla ən müxtəlif modifikasiyalı, gücləndirilmiş kommersiya yük maşınlarının satışını həyata keçirir. Bütün zəmanət və servis xidmətləri “Aztexnika” şirkətinin ixtisaslı peşəkar işçi heyəti tərəfindən səlahiyyətli “Volvo” Servis Mərkəzində yerinə yetirilir. Çınqıl zavodları Aztexnika eyni zamanda "daha çox avadanlıq və daha güclü sənaye" prinsipinə sadiq qalaraq "Astec Industries Inc" şirkətlər qrupunun bir üzvü olan "Astec Aggregates and Mining Group" şirkətindən (ABŞ) dünya miqyasında tanınmış böyük çeşiddə çınqıl istehsalı avadanlığı və qurğularını təklif edir. Bu avadanlıqlar arasında stasionar, mobil və ağır yük maşınlarının üzərində quraşdırılmış çınqıl istehsal edən zavodlar, pəncəli və konusvari çınqıl qırıcı, zərbəli çınqıl qırıcısı, horizontal, çox-guşəli görüntüləmə zavodları, qum ve digər aqreqatların yuyulması ve s. kimi texniki avadanlıqlar da mövcuddur. Bu zavodların saatda 200-1500 ton çınqıl istehsal etmək potensialına malikdir. Asfalt zavodları Aztexnika şirkəti həmçinin "Astec Industries Inc" şirkətlər qrupunun bir üzvü olan "Astec Inc" şirkətindən (ABŞ) isti qarışıqlı asfalt zavodlarını da təklif edir. Bu zavodlar da stasionar, mobil və ağır yük maşınlarının üzərində quraşdırılmış çeşidlərdə mövcuddur. Saatda 550 tonluq istehsal gücünə malik olan bu zavodlar tullantıların 50 faizədək təkrar dövriyyəsinə imkan verir və bu səbəbdən də, ekologiya baxımından planetimizin ən səmərəli zavodları kimi tanınırlar. Astec Underground, Inc Astec Underground, Inc - Dünyanın ən böyük xidməti arx qazanlarınn, oyaq açan maşınlarının, istiqamətlənmiş burğuların istehsalçısıdır. Astec Underground, İnc Trencor, Inc,-nin yüksək səviyyədə qaya sındıran və yol şaxtası, American Auger İnc,- nin oyaq açan maşınları, horzinotal istiqamətlənmiş burğuları və geotermik burğuları təklif edir. Clark Forklift Forklift istehsalı və təchizatı üzrə dünya lideridir. 1917-ci ildə dünyada ilk forklift keşf edildikdən sonra, Clark 1,000,000 ədəd forklift istehsal edib. Clark dünyanın forklift sənayesində texnoloji inkişaf baxımıdan hər zaman öndə olmuşdur. Clark Forkliftləri sırasına 1,5 tondan 8 tona qədər olan qaz, dizel və elektrik forkliftleri daxildir və bunlar açıq və qapalı ərazılərdə istifadə üçün nəzərdə tutulmuşdur.