Azpromo haqqında
Dövlət və özəl sektorun birgə təşəbbüsü olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilmişdir.
Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici investorlar, yerli istehsalçılar və hökumət arasında körpü funksiyasını həyata keçirməkdən ibarətdir.
Müstəqil təşkilat olan Fondun əsas məqsədi ölkə iqtisadiyyatının həm sektor, həm də region baxımından tarazlı inkişafına nail olunması və ölkədə, xüsusilə də regionlarda, yoxsulluğun azaldılması strategiyası çərçivəsində yeni iş yerlərinin açılması üçün investisiyaların cəlb edilməsi və Azərbaycandan xaricə ixracatın təşviqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir.
AZPROMO-nun missiyası: iqtisadiyyatın balanslaşdırılmış inkişafı: Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların yatırılmasının təşviqi və ixracyönlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etmək.
Çap et | Yüklə (PDF)
Fəaliyyətlər
Ölkənin investisiya imicinin təkmilləşdirilməsi
Marketinq
Yerli və xarici investorlara müxtəlif xidmətlər
İnvestorların cəlb edilməsi və onlarla danışıqların aparılması
İnvestisiyalar və ixracat imkanları üzrə məlumat bazasının yaradılması
Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması
İxraca yönəlmiş şirkətlərə məsləhət xidmətləri
Bazar araşdırmaları
"Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği
Himayəçilər Şurasına, Müşahidə Şurasına, Ekspert Məsləhət Qruplarına xidmətlər
AZPROMO xarici investorlara bütün aidiyyatı hökumət orqanları ilə danışıqlarda yeganə bələdçi kimi çıxış edir.
Həm xarici investorlar, həm də yerli istehsalçılar istər Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazara çıxış üçün AZPROMO-nun təklif etdiyi hüquqi məsləhətlərdən bəhrələnirlər.
Azərbaycan istehsalçılarının xarici bazarlara çıxışını sürətləndirmək məqsədilə AZPROMO xarici ölkələrə ticarət missiyaları təşkil edir.
AZPROMO müntəzəm olaraq Azərbaycandan məhsul və xidmətlərin ixracı üçün hüquqi rejimin təhlilini aparır və onun, eləcə də biznes mühitinin yaxşılaşdırılması ilə bağlı müvafıq təkliflər işləyib hazırlayır və hökumətə təqdim edir.
AZPROMO İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü olaraq beynəlxalq təşkilatın İdarə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Direktordur.
AZPROMO-nun Gürcüstan, Avstriya, ABŞ, Almaniya və BƏƏ-də nümayəndəlikləri fəaliyyət göstərir.
AZPROMO bir sıra beynəlxalq investisiyaların təşviqi agentlikləri, ticarət palataları, dövlət qurumları və digər biznesin təşviqi institutları ilə yaxından əməkdaşlıq edir. Fond 36 ölkənin 67 bu cür təşkilatı ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə memorandumlar imzalayıb.
İxracın Təşviqi Departamentinin əsas məqsədi Azərbaycanın mövcud və potensial ixracatçılarına yardım göstərmək, ümumilikdə Azərbaycanın qeyri-neft məhsullarının ixracını təşviq etməkdir. Azərbaycan şirkətlərinə göstərilən xidmətlərimiz:
Ticarət haqqında məlumat
Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində idxal prosedurları və tələbləri;
Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində olan gömrük tarifləri və gömrük tənzimlənməsi;
Qablaşdırma və etiketləmə tələbləri;
Beynəlxalq sərgilər və tədbirlər haqqında məlumatlar.
Sertifikatlaşdırma və standartlar haqqında məlumat
Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində sertifikatlaşdırma tələbləri;
İxrac əməliyyatlarında tələb olunan sertifikatlar;
Müxtəlif bazarlara ixrac imkanları;
Xarici şirkətlər tərəfindən daxil olan idxal (alış) imkanları barədə məlumat;
İxracatçının məhsuluna uyğun olaraq xarici bazarın seçilməsi.
Hüquqi məsləhətlər
İxrac üzrə müqavilə nümunələri (eksklüziv diler müqavilələri, agentlik razılaşmaları, qaydaları və şərtləri);
Xaricdə Azərbaycan şirkətlərinin nümayəndəliklərinin və bölmələrinin açılmasına köməklik.
İdarəetmədə dəstək
Xarici potensial müştəri və tərəfdaşlarla danışıqların aparılmasında köməklik;
Şirkətdaxili ixrac şöbələrinin təsis edilməsinə dəstək;
Loqistika və daşınma üzrə çözümlərin istiqamətləndirilməsi.
Marketinq dəstəyi
Mövcud marketinq araşdırmalarının və ixrac strategiyasının qiymətləndirilməsi;
Bazar araşdırmaları;
Xarici bazarlarda şirkətlərin ixrac məhsuluna uyğun potensial müştərilərin axtarılması;
Rəsmi ixrac məlumat bazası;
İxrac məlumat bazasının yaradlması və idarə edilməsi;
Şirkətlərin birbaşa təqdimatı;
Biznes imkanlarının və əlaqələrinin yaradılması.
Təlimlər
Ticarətlə əlaqəli təlimlər (Incoterms 2000, ödəniş üsulları), sertifikatlaşdırma (Avropa Birliyi üçün məhsulların sertifikatlaşdırılması) və marketinq (internet, ticarət sərgilərinə hazırlıq və s.).
İnvestisiyaların Təşviqi Departamentinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən xarici investorlara, eləcə də layihələri üçün investor axtaran yerli şirkətlərə yardım göstərmək, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarını təşviq etməkdir.
Yerli sahibkarlara göstərilən xidmətlərimiz:
İnstitusional dəstək
Biznesin inkişafı sahəsində məsləhət
Şirkətin imicinin yaxşılaşdırılmasında məsləhət
Görüşlərin təşkili
Biznes tərəfdaşın axtarışı
Potensial investorun Azərbaycana dəvət edilməsi
Potensial investorla görüşlərin təşkili
Məsləhət xidmətlərinin göstərilməsi
Danışıqların təşkili
Potensial investorla bağlanacaq müqavilənin şərtləri üzrə məsləhət xidmətlərinin göstərilməsi
Birgə müəssisənin yaradılmasına dəstək
Şirkətin fəaliyyəti ilə bağlı müvafiq məsləhət xidmətlərinin göstərilməsi.