Bu gün layihələrin idarə edilməsi sahəsi ayrı peşəkar bir fəaliyyət növü kimi qəbul edilir və sertifikatlaşdırılır. Bu sahə təşkilat, eləcə də fərdi şəxslər üçün mühüm aparıcı qüvvə hesab edilməyə başlayır. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası Azərbaycanda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) milli nümayəndliyidir, eləcə də beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır. AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.
AzPMA rəqəmlərdə:
AzPMA-nın missiyası Azərbaycanda layihələrin idarə edilməsi beynəlxalq standartları əsasında biznes idarəetmə metodlarının formalaşdırılmasından ibarətdir. Bununla da, müştərilərin dayanıqlı inkişafını və onların yüksək biznes mənafeyini təmin etmiş oluruq.
Fəaliyyətimizin əsas istiqamətləri: