Azon Zavod xəritədə

Azon Zavod

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 AZ1012 *** 2 səs

Azon Zavod haqqında

"Azon" zavodu 1974"cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilmişdir. 1993"cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlmuşdur.2006"cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Rеspublikası Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir."Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

"Azon" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri

müxtəlif tipli mikrosxemlərin istehsalı;
neft sənayesi üçün mexaniki hissələrin istehsalı;
maye azot və oksigen istehsalı;
xalq istehlakı və mülki təyinatlı məhsulların istehsalı.

"Azon" zavodunun texnoloji imkanları

Sex yüksək məhsuldarlıqlı DİP-plastmas və yastı metallokeramik gövdələrdə mikrosxemlərin istehsalını təmin edən avtomatlarla təchiz olunmuşdur.Əsas istehsalatın enerji daşıyıcıları ilə təminatı üçün zavodda yüksək keyfiyyətli qazların (azot, oksigen, hidrogen) istehsalı və suyun ionlardan təmizlənməsi üçün sexlər fəaliyyət göstərir.Suyun kimyəvi təmizlənməsi sexi saatda 22 m3 yüksək keyfiyyətli ionlardan təmizlənmiş su istehsal edir. Azot-oksigen stansiyası saatda 400 kq maye və ya 360 m3 qaz mühitli yüksək keyfiyyətli azot və ya oksigen istehsal edir.Hidrogen-oksigen stansiyası saatda 240 m3 hidrogen istehsal edir.Zavodda həmçinin mexaniki yığma sexi, alət sexi, qeyri-standart avadanlıqlar sexi və digər istehsalat sahələri fəaliyyət göstərir.Sexlərin texniki səviyyəsi yüksək keyfiyyətli ştamp, pres-qəlib, qeyri-standart avadanlıq, metal və plastik kütlədən müxtəlif detalların hazırlanmasına imkan verir.

İS kristallarının istehsalı modulu:

  • kimyəvi təmizləmə sahəsi;
  • fotolitoqrafiya sahəsi;
  • diffuziya sahəsi;
  • vakuum çiləmə sahəsi;
  • ion leqirləmə sahəsi.

Köməkci sahələr:

  • fotoşablon hazırlanması;
  • kimyəvi məhlulların hazırlanması və süzülməsi;
  • hazır kristalların elektrik parametrlərinin ölçülməsi.

Yığım sexi:

  • lövhələrin təmizlənməsi (qaşınması) sahəsi;
  • kristalların əsasa oturdulması sahəsi;
  • çıxışların kristala və ramkaya termokompressiya metodu ilə birləşdirilməsi sahəsi;
  • hermetikləşdirmə sahəsi;
  • mikrosxemlərin ölçülməsi və qablaşdırılması sahəsi.

Metroloji sahə:

  • istehsalatın metroloji təminatı;
  • sürət, təcil və zaman ölçmələri;
  • iqlim və metroloji sınaqlar;
  • zərbə və vibrasiya sınaqlarının keçirilməsi.