"Azneftkimyamaş" ASC 14 törəmə səhmdar cəmiyyətlərindən (TASC), eləcə də 127 adda və 623 tip ölçüsündə qazma, neft-qaz və digər avadanlıqlar buraxan 10 zavoddan ibarətdir. "Azneftximmaş" habelə elmi-tətdiqat, təcrübə-konstruktor və layihə-texnoloji işlərlə məşğul olan 500 alimdən və mühəndis-texniki personaldan ibarət 4 elmi-tədqiqat və layihə institutunu özündə cəmləşdirir. Fəaliyyətinin ilk günlərindən başlayaraq "Azneftximmaş" ASC-nin rəhbərliyi istehsal olunan qazma və neft-qaz avadanlığının keyfiyyətinin artırılması kursunu götürmüşdür. Bu proqramın əhyata keçirilməsində birinci dərəcəli vəzifə müəssisələrin və məhsulların beynəlxalq standartlar üzrə hazırlanması və sertifikatlaşdırılması idi.İstehsal olunan məhsul Polşaya, Pribaltikaya, Vyetnama, Rusiyaya, Ukraynaya, Belorusiyaya, Gürcüstana, Türkmənistana, Özbəkistana, Qazaxıstana və s. ölkələrə ixrac olunur. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri üçün sifarişlər yerinə yetirilir.
Azneftkimyamaş məhsulları
- Qazma avadanlıqları və alətləri
- Neft-qaz avadanlıqları
- Neft-qaz armaturu
- Xüsusi texnika
- Digər avadanlıqlar.
"Azneftkimyamaş" ASC-nin qazma, neft və qaz çıxarılması üçün avadanlıq yaradılması sahəsində xidmətləri:
- Qazma, neft və qaz çıxarma üzrə avadanlıqların yaradılması sahəsində elmi-tədqiqat və təcrübə konstruktor işləri – hər birinin həcmi 6%-dən 25%-dək olan hidrogen sulfid və karbon qazı olan korroziya mühitində işləyən avadanlıq detallarının antikorroziya tədqiqatları üçün material və örtük seçilməsi sahəsində elmi-tədqiqat işləri
- Neft-mədən avadanlıqlarının, maşınların, mexanim və ehtiyat hissələrinin hazırlanması və təmiri texnologiyalarının işlənib hazırlanması
- Neft maşınqayırma zavodları tərəfindən buraxılan avadanlıqların texniki səviyyəsinin artırılması üzrə elmi-tədqiqat və layihə-texnoloji işlər Quyu avadanlıqlarının və neft-qazçıxarma sahələri üçün alətlərin hazırlanması
- Yeni sənaye obyektlərinin layihələndirilməsi – fəaliyyətdə olan sənaye müəssisələrinin, sexlərin və sahələrin rekonstruksiyası və texniki yenidənqurması
- Çoxmərtəbəli binaların, kotteclərin, birmərtəbəli evlərin, mülki tikililərin, monumental komplekslərin və digər obyektlərin layihələndirilməsi