Azmarketinq Konsaltinq və Araşdırma haqqında
"AzMarketing" marketinq və menecment üzrə koorporativ və fərdi kurs və təlimlər təklif edir. Eləcə də, marketinq tətqiqatlarını da həyata keçiririk. Şirkətin əsas istiqamətlərindən biri də autsorsinqdir (kənar qaynaqlardan istifadə). "Azmarketinq" şirkəti Məhdud Məsuliyyətli Cəmiyyət olaraq 2008-ci ilin yanvarında qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Şirkət, hüquqi və fiziki şəxsli müəssisələrə marketinq və menecment xidmətləri göstərir. Azərbaycan bazarında fəaliyyətə başlayan müəssisələrə bazar haqqında ehtiyac duyulan bütün məlumatları ən cari və effektiv metodlarla düzgün və dəqiq şəkildə çatdırılmasını təklif edir. Məqsədimiz bazar iqtisadiyyatı dövründə Azərbaycan bazarında fəaliyyət göstərən və ya bazara yeni girən yerli və xarici müəssisələrə yüksək keyfiyyətli marketinq xidmətləri göstərməkdir. Eyni zamanda müştəriləri yüksək keyfiyyətli marketinq xidmətləri ilə təmin etmək və bununla da müştəri məmnuniyyətini əldə etməkdir. "AzMarketing" Konsaltinq və Araşdırma MMC "Düzgün məhsul, düzgün məkan, düzgün vaxt və düzgünq qiymət" prinsipinə sadiq qalaraq fəaliyyət göstərir.