Azlab xəritədə

Azlab

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 4 AZ1000 *** 1 səs

Azlab haqqında

1996-cı ildən fəaliyyət göstərən ARDNŞ-nin təsis etdiyi «Azlab» MMC tədqiqat dairəsinin genişliyinə görə Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə təşkilatdır.Yarandığı ilk gündən neft sənayesində fəaliyyət göstərən çoxlu sayda yerli və xarici şirkətlərlə (BP, Karasu, Exxon, Shirvan Oil, Binaqadi Oil, Nobel Oil, Salyan Oil, Lukoil, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistanın neft şirkətləri və s.) əməkdaşlıq etmiş, geniş və hərtərəfli tədqiqat işləri görmüşdür. Əsas partnyorumuz olan BP şirkəti ilə 1996-cı ildən başlayan və bütün tədqiqat sahələrini əhatə edən müqaviləmiz 2024-cü ilə qədər davam edəcək.

Azlab şirkətinin fəaliyyəti

Fəaliyyət dairəmiz - kern nümünələrinin ümumi analizi, biostratиqrafik tədqiqatlar, palenoloji tədqiqatlar, PVT eksperimentляри, geokimyəvi tədqiqat, platformalardan nümunələrin götürülməsi və bu nümunələrin beynəlxalq standartlara uyğun şəraitdə saxlanılması, stasionar avadanlıqlarla çöl şəraitində express analiz və quyularda tədqiqat işlərindən və s. ibarətdir. Bütün bu işlər xarici ölkələrdə təlim keşmiş və sertifikatlar almış yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.

Bizim müəssisə təkcə ölkə daxilində deyil qonşu ölkələrin neft sənayesi üçün də tədqiqat işlərini yerinə yetirir. Gürcüstanda fəaliyyət göstərən Amerika şirkəti olan Frontera Resources ilə 2005-ci ildən başlayan işbirliyimiz bu gün də davam edir. Böyük Britaniya ilə Gürcüstanın birgə yaratdığı NORİ Oil şirkəti ilə yeni əməkdaşlığımız başlayıb.Bundan əlavə “Azlab” 2005 ildən Dübəndi terminalında Azərbaycanın ən böyük neft ehtiyatı olan Günəşli və Neft Daşları yataqlarindan hasil edilən neftin kəmiyyət və keyfiyyətinə Beynəlxalq standartlara uyğun səviyyədə nəzarəti həyata keçirir.«Azlab» MMC fəaliyyəti müddətində işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin müafizəsi məsələlərinə çox diqqətlə yanaşmış və lazım olan sertifikatları (İSO 9001:2008, İSO 14001-2004 вя OHSAS 18001: 2007) almışdır.