Azkontakt xəritədə

Azkontakt

Bakı, Nizami rayonu, Oqtay Vəliyеv küçəsi, 1A AZ1060 *** 0 səs

Azkontakt haqqında

“Azkontakt MMC”-yə məxsus olan beton zavodu 2008-ci ilin fevral ayında quraşdırılmışdır. Zavod 10 hektarlıq bir ərazidə yerləşdirilmişdir. Bu şirkətin bir nömrəli devizi sürət, keyfiyyət və zəmanətdir. Bu devizi əldə rəhbər tutan beton zavodu fəaliyyətə başladığı andan respublikada eyni istehsal növü ilə məşğul olan digər müəssisələri geridə qoymuş və bu sahədə aparıcı zavodlardan birinə çevirilmişdir. Bakı şəhərinda inşa olunan obyektlərin və binaların təxminən 25% – nin tikilişində “Azkontakt MMC”-də istehsal olunan beton məmulatlarından istifadə olunur. “Azkontakt MMC” – nin respublikanın inşaat – tikinti sektorunda lider mövqeyə çıxmasının əsas şərtlərindən biri də onun intelektual potensialla yanaşı həm də güclü maddi-texniki bazaya malik olmasıdır. Bizim üstünlüklərimiz: Peşəkar heyyət, Vertikal inteqrasiya, İmkanlar, Keyfiyyət və Zəmanətdir. “Azkontakt MMC”- nin əsas məqsədi Azərbaycanın müasir tikinti tarixində iz qoymaq, mühüm regional layihələrdə iştrak etməkdir. Zavodun üç mərtəbəli ofis binası vardır, müasir standartlara cavab verən labaratoriya ilə təhciz olunmuşdur ki, burada da hər gün beton xammalı olan sement, iri və xırda ölçülü qırmadaş, qum və su yoxlanıldıqdan sonra istehsala verilir. Binanın birinci mərtəbəsində isə yüksək keyfiyyətə malik avadanlıqlarla təhciz olunmuş mətbəx və 150 nəfərə pulsuz xidmət göstərən yeməkxana fəaliyyət göstərir. Beton zavoduna sifariş üçün müraciət edən müştəri şirkətin əlaqədar nümayəndələri tərəfindən qəbul olunur və onların müraciətlərinə uyğun olaraq həmin markalı beton hazırlanır və göstərilən təşkilatın ünvana çatdırılır. Zavodumuzda istehsal olunan betona texnaloji nəzarət həyata keçirilir və bu da işə nəzarətin tam nəticəsidir ki, zavodumuz Beynəlxalq standartlara uygun məhsul istehsal edir. Zavod əlavə investisiyalar hesabına betonun daşınmasında istifadə edilən avtomobillərin sayını yarandığı günlə müqayisədə dəfələrlə artırıb. Zavodumuz saat ərzində 360 m3, həmçinin sutka ərzində 8640 m3 beton istehsal etməklə Dünya standartlarına cavab verən M100 markalı betonlardan başlayaraq M800 markalı betona qədər müxtəlif növdə beton istehsal edir. Zavodda eyni vaxtda iki betonqarışdıran (Mikser) maşın 6 və 7 dəqiqə ərzində hazır betonla doldurularaq yola salınır. Hər bir beton markası təsdiq edilmiş standartlara uyğun hazırlanır və betona lazımi miqdarda yüksək keyfiyyətli qatqılar qatılır. Zavoda daxil olan xammallar Almaniya istehsalı olan müasir standartlara cavab verən 80 tonluq elektron tərəzidə çəkilir və sənədləşdirilir.Zavodun qurğu və avadanlıqları xaricdə hazırlanmışdır. Zavodun 18 ədəd hər biri 100 ton olmaqla sement bunkeri, 4 ədəd transfer lentası, 3 ədəd betonqarışdırıcısı və 3 ədəd idarəetmə kabineti vardır ki, burada xüsusi yazılmış proqram vasitəsilə betonun verilməsi təmin olunur. Şirkətə məxsus ən son model Almaniya istehsalı olan Mercedes Benz markalı Mikserlər, Özüboşaldanlar, Pompalar, Yarımqoşqular və s. 45 ədəd avtomobillər işimizin daha da intensiv və sürətli olmasını təmin edir. Zavodumuz ətraf mühitə maksimum zərərsiz və ziyansız işləyir. Sement saxlamaq üçün nəzərdə tutlmuş siloslarda filterlər yerləşdirilmişdir ki, onlar vasitəsilə ətraf mühitə toz və diqər çirkləndiricilərin tullanılması qarşısı alınır. Azkontakt MMC-nin işçi heyyəti bizim ən vacib potensialımızdır.Qrupun işçi muhiti munaqişədənkənar siyasətin formalaşdığı işçi hüquqları, sağlamlıq və təhlükəsizlik, karyera imkanları ,yüksək etik normalar və peşəkarlığı stimullaşdıran mexanizimlə idarə olunur. Azkontakt MMC öz inkişafına həm maliyə həm də intelektual baxımdan sərmayə qoyur və bununla da, Azəarbaycan iqtisadiyyatının artımını təşviq edir.Biz keyfiyyətə boyük diqqət veririk və keyfiyyətin aşağıdakı prinsipərini qəbul edirik: Keyfiyyətin idarə olunması, peşəkar işçi heyyəti, keyfiyyətli xammal, keyfiyyətli iş və xidmatdə yeniliklər. Məhz bu prinsiplər bizi yarandığımız illər ərzində Azərbaycanın inkişaf sektorunun liderinə çevirib.