Azərtac xəritədə

Azərtac

Bakı, Nəsimi rayonu, Bül-Bül prospekti, 30 AZ1000 *** 1 səs

Azərtac haqqında

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarmış - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlamışdır. AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. AZƏRTAC-ın Videosaytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir. AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri" və digər bir sıra layihələr hazırlayır. AZƏRTAC İTAR-TASS (Rusiya), Sinxua (Çin), Anadolu Agentliyi (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), BTA ( Bolqarıstan), Ukrinform (Ukrayna), TANYUQ (Serbiya), AGERPRESS (Rumıniya), BELTA (Belarus), Moldpress (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa) agentlikləri ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamışdır. Bundan əlavə, AZƏRTAC 2014-cü il oktyabrın 2-3-də keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Vyetnam Xəbər Agentliyi (VNA), Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) ilə əməkdaşlıq sazişi imzalayıb, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi ilə müqaviləni yeniləyib, habelə AZƏRTAC ilə Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyi (WAM) və Fələstin İnformasiya Agentliyi “WAFA” arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumları imzalayıb. AZƏRTAC-ın dünyanın ümumən 34 agentliyi ilə tərəfdaşlıq sazişi var. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. AZƏRTAC-ın müxbir məntəqələri ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Baltik ölkələri, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Türkmənistan, Çin, Yaponiya, İspaniya, Rumıniya, İtaliya və İsveçdə, respublikanın regionlarında fəaliyyət göstərir. İki nüfuzlu media-strukturun - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) və Xəbər Agentliklərinin V Dünya Konqresinin iclaslarının 2016-cı ildə Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi agentliyin beynəlxalq media məkanında geniş fəaliyyətinin nəticəsi olmuşdur. AZƏRTAC həmin tədbirləri keçirdikdən sonra 2016-2019-cu illərdə OANA-nın və Xəbər Agentliklərinin Dünya Konqresinin sədri olacaqdır. 2014-cü il iyunun 2-si və 2015-ci il martın 2-də AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasları keçirilib. Qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirak etdikləri iclas 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil olunmuşdu. Artıq ardıcıl olaraq dördüncü ildir AZƏRTAC humanitar əməkdaşlığın aktual məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkana çevrilən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində media məsələlərinə həsr olunan “dəyirmi masa”lar təşkil edir. “Dəyirmi masa” iclaslarında dünyanın müxtəlif ölkələrindən siyasi, ictimai və mədəniyyət xadimləri, nüfuzlu media-təşkilatların rəhbərləri, ekspertlər iştirak edirlər. Bizimlə əməkdaşlıq etmək arzusunda olanlar ilə əlaqə yaratmağa şad olarıq.