Azərgeomaş EİM 1998 ildən başlayaraq, geofiziki cihaz və avadanlıqlarin istehsalatda tətbiqi, onların istehsalı və modernizasiyası üzrə ixtisaslaşmışdır. İşlədiyi dövrdən başlayaraq, MDB və Yaxın Şərq regionunun bir sıra ölkələrində, geofiziki cihaz və avadanlıqlarin istehsalatda tətbiqi üzrə,layihələrin müəllifi və ya iştirakçısı olmuşdur. Müəssisənin kadr heyəti, hələ keçmiş SSR-i zamanından başlayıb bu günə qədər, dünyanın bir çox ölkələrində geofiziki tədqiqatlar həyata keçirmiş, təcrübəli mühədis geofiziklərdir. Yeni texnologiyaların istesalatda tətbiqini effektiv həyata keçirilməsi üçün, müəssisənin ixtisaslaşdırılmış proqramm təminatçıları və elektrik mühəndisləri bir sıra ölkələrdə təcrübə-tədris kursları bitirmişlər.Hazırda, Rusiya, Qazaxstan, İran və digər ölkələrlə, elmi-texniki əməkdaşlıq layihələri həyata keçirilir.
Əsas fəaliyyət istiqamətləri: mədən geofizikasında geniş istifadə olunan VEBER tipli karotaj stansiyalarının, quyu cihazlarının və yerüstü panellərin işlənib hazırlanması, onların istehsalı və istehsalatda tətbiqi. İstehsal olunmuş və istehsalı proyektdə olan cihaz və avadanlıqlar, neft-qaz yataqlarının, qazma və istismarı prossesində, geofiziki tədqiqatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Ali prinsiplərimiz: keyfiyyət, etibarlılıq, Azərbaycanda geofiziki cihazqayırmanın inkişafı.