Azerfon on map

Azerfon

Baku, Nizami district, Nizami street, 106 A AZ1000 *** 1 voted

About Azerfon

“AZƏRFON” MMC 2005-ci ilin dekabr ayında, Azərbaycan ərazisində mobil xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları nazirliyinin lisenziyasını almışdır. “AZƏRFON” şirkətinin kommersiya fəaliyyəti 21 mart 2007-ci il tarixində Nar Mobile əmtəə nişanı altında başlanmışdır. Nar Mobile, yeni mobil rabitə xidmətlərini, əlverişli həlləri, ən yeni texnologiyaları və abunəçilərə göstərilən keyfiyyətli xidməti ən uyğun qiymətlərlə təklif edir. Nar Mobile, abunəçilərin ehtiyaclarına və tələblərinə maksimum dərəcədə cavab vermək və nəticədə yeganə doğru seçim olmaq üçün gələcəkdə də yüksək keyfiyyətli əhatə şəbəkəsini genişləndirəcəkdir və yeni xidmətlər növlərini inkişaf etdirəcəkdir.