About Azerfon-Vodafone Customer Service Center Azadlig av.
“AZƏRFON” şirkəti 21 mart 2007-ci il tarixində, Nar Mobile əmtəə adı altında öz kommersiya fəaliyyətinə başlamışdır. Nar Mobile, Azərbaycanın zəngin mədəni irsi ilə müasirliyin vəhdətini təcəssüm edən əmtəə nişanı kimi yaranmışdır. “AZƏRFON” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hal-hazırda “AZƏRFON” rabitəsindən 1 600 000 çox abunəçi istifadə edir. 2009-cu ildə “AZƏRFON” MMC ilə “Vodafone” şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi bağlanmışdır. Ilk dəfə 02 dekabr 2009-cu il tarixində “AZƏRFON” MMC Azərbaycanda 3G-texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziyaya yiyələndi. Azərbaycanda ən innovativ və sürətlə inkişaf edən mobil rabitə operatoru hal-hazırda “Vodafone” şirkətinin rəsmi tərəfdaşı olmaqdadır.