Azərkosmos xəritədə

Azərkosmos

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 AZ1000 *** 0 səs

Azərkosmos haqqında

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan hökuməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır və Qafqazda ilk peyk operatorudur. 8 fevral 2013-cü il tarixində orbitə buraxılmış “Azərspace-1” peyki vasitəsilə şirkət öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir. “Azərspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilər. Azərspace-1 Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilmişdir. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir. “Azərkosmos” ASC Bureau Veritas tərəfindən 2013-cü ilin yanvar ayında verilmiş ISO 9001:2008 uyğunluq sertifikatına sahibdir.