Azərbaycan Fizioterapiya Assosiasiyası 2011–ci ildə qeydiyyatdan keçib.
Birliyin məqsəd və vəzifələri:
1. Birliyin məqsədi Azərbaycan Respublikasının ərazisində vətəndaşlar və bu sahədə çalışan mütəxəssislər arasında müasir fizioterapiya haqqında maarifləndirmə işləri aparmaq.
2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- Fizioterapiya ixtisasını Azərbaycanda daha da genişləndirmək və inkişafına nail olmaq.
- Reabilitasiya sahəsi üzrə respublikada fəaliyyət göstərən təşkilatların əməkdaşlığını və əlaqələrini inkişaf etdirmək.
- Reabilitasiya sahəsi üzrə fəaliyyətdə olan beynəlxalq təşkilatlarla respublikada olan özəl və dövlət mövcud bərpa mərkəzlərinin əlaqələrinin və əməkdaşlığının operativ və konstruktiv həllinə çalışmaq.
- Reabilitasiya sahəsindəki mütəxəssislərin yerli və beynəlxalq təşkilatların keçirdikləri seminar, konfrans, sərgi və s. tədbirlərdə iştirakına dəstək göstərmək.
- Reabilitasiya sahəsi üzrə yeni informasiyanın alınması, işlənməsi və mütəxəssislərə çatdırılması.
- Yerli və beynəlxalq treyninq, seminar və konfransların təşkili və keçirilməsi.
- Fizioterapiyanın universitet səviyyəsində tədrisinin tətbiqi məqsədi ilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq.
- Yuxarıda göstərilən bəndlərin icrası, yeni layihələrin işlənməsi və tətbiqi.