Azərbaycan Fizioterapiya Assosiasiyası xəritədə

Azərbaycan Fizioterapiya Assosiasiyası

Bakı, Nərimanov rayonu, Süleyman Sani Axundov küçəsi, 50 AZ1000 *** 1 səs

Azərbaycan Fizioterapiya Assosiasiyası haqqında

Azərbaycan Fizioterapiya Assosiasiyası 2011–ci ildə qeydiyyatdan keçib.

Birliyin məqsəd və vəzifələri:

1. Birliyin məqsədi Azərbaycan Respublikasının ərazisində vətəndaşlar və bu sahədə çalışan mütəxəssislər arasında müasir fizioterapiya haqqında maarifləndirmə işləri aparmaq.
2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Fizioterapiya ixtisasını Azərbaycanda daha da genişləndirmək və inkişafına nail olmaq.
  • Reabilitasiya sahəsi üzrə respublikada fəaliyyət göstərən təşkilatların əməkdaşlığını və əlaqələrini inkişaf etdirmək.
  • Reabilitasiya sahəsi üzrə fəaliyyətdə olan beynəlxalq təşkilatlarla respublikada olan özəl və dövlət mövcud bərpa mərkəzlərinin əlaqələrinin və əməkdaşlığının operativ və konstruktiv həllinə çalışmaq.
  • Reabilitasiya sahəsindəki mütəxəssislərin yerli və beynəlxalq təşkilatların keçirdikləri seminar, konfrans, sərgi və s. tədbirlərdə iştirakına dəstək göstərmək.
  • Reabilitasiya sahəsi üzrə yeni informasiyanın alınması, işlənməsi və mütəxəssislərə çatdırılması.
  • Yerli və beynəlxalq treyninq, seminar və konfransların təşkili və keçirilməsi.
  • Fizioterapiyanın universitet səviyyəsində tədrisinin tətbiqi məqsədi ilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq.
  • Yuxarıda göstərilən bəndlərin icrası, yeni layihələrin işlənməsi və tətbiqi.