Azərbaycan Yelkənli İdman Federasiyası 2000-ci ildə rəsmi qeydiyyatdan keçmişdir. Federasiyanın əsas məqsədi, Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün inkişafına dəstək verməkdir. Belə ki, yelkən üçün ən önəmli olan 2 təbiət elementinin var olduğu ölkəmiz Xəzər dəniz sahilində yerləşir və daim küləklərin əsdiyi iqlimə malikdir. Xüsusi ilə qeyd etmək istərdik ki, AYİF 470 sinfi üzrə keçiriləcək olan dünya çempionatının ölkəmizdə keçirilməsinə hazırlaşır.