Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır.Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir.
Fondun fəaliyyətinə Fondun icraçı direktoru rəhbərlik edir. Fondun icraçı direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Fondun işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini, Fondun icraçı direktorunu və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura, beş üzvü müvafiq dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edən doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir. Şuranın beş üzvünü aşağıdakı dövlət orqanları (hər dövlət orqanından bir nəfər olmaqla) təqdim edirlər: