Azərbaycan Türkiyə İş Adamları Birliyi xəritədə

Azərbaycan Türkiyə İş Adamları Birliyi

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 21 AZ1000 *** 0 səs

Azərbaycan Türkiyə İş Adamları Birliyi haqqında

Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycanı regionun qabaqcıl ölkəsi kimi və dünyanın inkişaf etmiş ölkələri sırasında görür və bunun üçün, öncəliklə Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə inanır.ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin fəaliyyəti

Azərbaycan Türkiyə İş Adamları Birliyi 2002-ci ildə təsis edilmiş Türk İş Adamları Dərnəyinin (TİAD) hüquqi varisidir. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adının dəyişdirilməsi və onun Azərbaycan Türkiyə İş Adamları Birliyi adlandırılması barədə qərar qəbul edildi.Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) işgüzar dairələrin maraqlarını təmsil edən ictimai birlik olmaqla qurulduğu tarixdən etibarən ötən müddət ərzində bir çox nailiyyətlərə imza atıb. Ekspertlərin fikrincə, ATİB Azərbaycanın və eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin iş adamlarını birləşdirən ən nüfuzlu birliklərindən biridir. ATİB-ə və onun rəhbər orqanlarına daxil olan iş adamları sahibkarlıq ictimaiyyətinin səylərini ölkənin və xalqın maraqları ətrafında birləşdirmək istiqamətində bir çox işlər görürlər.

ATİB-in müntəzəm olaraq hazırladığı və çap etdiyi tədqiqatların ümumi məqsədi Azərbaycan iqtisadiyyatının və onun ayrı-ayrı sektorlarının müasir vəziyyətinin təhlili, strateji önəminin üzə çıxarılması, iqtisadi inkişaf qarşısında duran problemlərin həll edilməsi üçün tövsiyələrin hazırlanaraq hökumətə, beynəlxalq və regional təşkilatlara, ictimai birliklərə, korporasiyalara, akademik dairələrə, mediaya təqdim edilməsidir. ATİB bugünə qədər səhiyyə sektoru, azad rəqabət, maliyyə sektoru (krizisdən sonrakı vəziyyət), təhsil sektoru, turizm sektoru, aqrar-sənaye sektoru və Azərbaycan–Türkiyə iqtisadi əlaqələri ilə bağlı hesabatları hazırlayıb ictimaiyyətə təqdim edib.