Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası xəritədə

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası

Bakı, Səbail rayonu, Gənclər meydanı, 3 AZ1005 *** 2 səs

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası haqqında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və sahələrarası birliklərinin könüllü ittifaqıdır. AHİK 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı təxminən – 1600000 nəfərdir. AHİK özündə 26 sahə həmkarlar ittifaqı birliklərini birləşdirir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.

AHİK-in beynəlxalq əlaqələri

AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur.
1997-ci il yanvar ayının 1-də ICEM-in Azərbaycanda resurs mərkəzi yaradılmışdır. Bu mərkəz ICEM və 1996-cı ildən ona qoşulmuş 9 Respublika Həmkarlar İttifaqı Komitəsi arasında əlaqələqdirici kimi çıxış edir.AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır.

Elektrostansiyalar və Elektrotexnika Sənayesi Fəhlələrinin, Qaz Təchizatı İşçiləri, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Neft və Qaz Sənayesi İşçiləri, Kimya Sənayesi İşçiləri, Meşə Sahələri, Yerli Sənaye Kommunal Məişət Müəssisələri fəhlələrinin və Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq ICEM təşkilatının, Toxuculuq və Yüngül Sənaye İşçiləri HİRK-i isə Beynəlxalq Toxuculuq Dəri və Geyim Həmkarlar İttifaqları Federasiyasının üzvüdürlər. Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal - məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın Rabitə işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi isə Poçt, telefon, teleqraf işçilərinin Beynəlxalq Həmkarlar İttifaqları təşkilatının (Cenevrə) üzvüdürlər.Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqariya MDB dövlətləri, Çin Respublikası və digər ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə əlaqələr yaradılmışdır.