Azərbaycan Dövlət Dəniz Akademiyası xəritədə

Azərbaycan Dövlət Dəniz Akademiyası

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 18 AZ1000 *** 2 səs

Azərbaycan Dövlət Dəniz Akademiyası haqqında

Azərbaycan Dövlət Dəniz Akademiyası və ya qısaca ADDA — Azərbaycanda dənizçi kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsidir.Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın ticarət gəmilərində işləmək üçün ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb oldu.

1995-ci ilin may ayında Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi, Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək, BDT tərəfindən qəbul edilmişdir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranma tarixi

Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın ticarət gəmilərində işləmək üçün ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb oldu.Hal-hazırda Akademiyada 3 fakültə,12 kafedra fəaliyyət göstərir. “Dəniz texnikası və texnologiyası” fakültəsi Respublikada dənizçilik sahəsində aşağıdakı bakalavr və magistratura pillələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığını aparır:

Bakalavr səviyyəsində

  • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
  • Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  • Nəqliyyat tikintisi mühəndisliyi

Magistratura səviyyəsində

  • Dəniz texnikası və texnologiyası mühəndisliyi
  • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

Fakültədə tədris prosesi 4 kafedra üzrə aparılır.

  • Gəmiqayırma və gəmi təmiri
  • Gəmi energetik qurğuları
  • Riyaziyyat
  • Dillər

“Dəniz naviqasiyası və menecmenti” fakültəsi 2011-ci il 23 avqust tarixində yaradılmışdır. Fakültə Respublikada dənizçilik sahəsində aşağıdakı bakalavr və magistratura pillələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığını aparır:

Bakalavr səviyyəsində

  • Naviqasiya mühəndisliyi
  • Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi (su nəqliyyatı üzrə)
  • Nəqliyyat servisi
  • Menecment

Magistratura səviyyəsində

  • Nəqliyyatda daşımaların və idarəetmənin təşkili (su nəqliyyatı üzrə)
  • Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

Fakültədə tədris prosesi 4 kafedra üzrə aparılır:

  • Naviqasiya
  • Dəniz yolları və hidrotexniki qurğular
  • Su nəqliyyatında daşımalar
  • Tətbiqi mexanika

“Elektromexanika və radioelektronika” fakültəsi 2013/2014-cü tədris ilində yaradılmışdır. Fakültə Respublikada dənizçilik sahəsində aşağıdakı bakalavr və magistratura pillələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığını aparır:

Bakalavr səviyyəsində

  • Elektrik mühəndisliyi
  • Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Magistratura səviyyəsində

  • Elektrik mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Fakültədə tədris prosesi 4 kafedra üzrə aparılır

  • Gəmi avtomatikası
  • Gəmi elektrik avadanlığı
  • Humanitar fənlər
  • Bədən tərbiyəsi

Bu kafedralarda 115 professor-müəllim heyəti çalışır. Onlardan 13-ü elmlər doktoru, professor, 36-sı elmlər namizədi, dosent, 30-u baş müəllim və 36-ı assistentdir.