Azərbaycan Dövlət Neft Akademiyası xəritədə

Azərbaycan Dövlət Neft Akademiyası

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 20 AZ1000 *** 1 səs

Azərbaycan Dövlət Neft Akademiyası haqqında

10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi.

Akademiyanın yaranması

29 may 1930-cu ildə "Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilmiş və "Azərbaycan Neft İnstitutu" (ANİ) adlandırılmışdır.1931-ci ildə institutun şöbəsi "Azərbaycan Qiyabi Sənaye İnstitutu" yaradılmışdır.Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan "Azərbaycan Qiyabi Neft İnstitutu" yaradıldı.İnstitutun adının "Azərbaycan Neft İnstitutu" adlandırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: "Mexanika" (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə); "Neft-mədən"(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mədən mexanikası sahələri üzrə); "Geoloji-kəşfiyyat", "Neftkimya" (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə); "İnşaat" (sənaye-zavod inşaatı, mülki memarlıq tikintiləri üzrə), "Nəqliyyat" (süni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə), "Sənaye iqtisadiyyatı" və "hidroenergetika".

Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti

ADNA-da 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr və magistr dərəcəli texniki kadr və 270 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. Xəzərin akvatoriyasında və quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyətə başlaması, xarici ölkə şirkətləri ilə əməkdaşlıq və onun gələcək perspektivləri ADNA qarşısında bazar iqtisadiyyatı şəraitində işləyə bilən, müasir texnika və texnologiyanı mənimsəyən və tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir. Qarşıya çıxan bu vacib məsələlərin həlli ilə əlaqədar "ADNA-nın inkişaf proqramı" hazırlanıb.

Fakültələr

  • Geoloji Kəşfiyyat
  • Qaz Neft Mədən
  • Kimya Texnologiya
  • Neft Mexanika Fakültəsi
  • Energetika
  • İstehsalat Proseslərinin Avtomatlaşdırılması
  • Mühəndis İqtisadiyyatı, Beynəlxalq İqtisadi Əlaqələr və Menecment
  • Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu