Azərbaycan Dövlət Iqtisad Universiteti 2 saylı tədris binası xəritədə

Azərbaycan Dövlət Iqtisad Universiteti 2 saylı tədris binası

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 135 AZ1000 *** 1 səs

Azərbaycan Dövlət Iqtisad Universiteti 2 saylı tədris binası haqqında

Azərbaycan Dövlət İqtisad Universiteti və ya qısaca ADİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir.1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitunu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılması

1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1992-ci ildə ali məktəb yenidən Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətini bərpa edib.Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitetimiz kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

ADİU-nun həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.