Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi xəritədə

Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi

Bakı, Səbail rayonu, Bül-Bül prospekti, 27 AZ1000 *** 1 səs

Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi haqqında

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin missiyası qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi, qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafının təmin edilməsidir.30 dekabr 1998-ci il tarixində ümummilli lider Heydər Əliyev tərəfindən müvafiq Fərmanın imzalanması ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təsis edildi. Komitə o dövrdə ölkədə qiymətli kağızlar bazarının formalaşması üçün tələb olunan yüksək siyasi iradə və statusun təzahürü kimi birbaşa Prezident Administrasiyasına daxil olan qurum kimi fəaliyyətə başladı. 26 iyun 1999-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsi təsdiq edildi. Bununla da, Komitə qiymətli kağızlar bazarı üzrə vahid dövlət siyasətinin koordinasiyasını və bu sahə üzrə tənzimləmə və nəzarəti səmərəli şəkildə həyata keçirməyə başladı.

Tənzimləmənin regional əhatə dairəsinin genişləndirilməsi məqsədilə 22 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi yaradıldı. Beləliklə, bütün ölkə ərazisində qiymətli kağızlar bazarı üzrə effektiv tənzimləmənin həyata keçirilməsinə başlandı.Qiymətli kağızlar bazarında yeni inkişaf meylləri və daha çevik tənzimləmə və nəzarət zərurətinin yaranması 2008-ci ildə Komitənin restruktrizasiyasını şərtləndirdi. Belə ki, 19 noyabr 2008-ci ildə ölkə prezidentinin müvafiq Sərəncamı ilə müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradıldı və hökumətin tərkibinə daxil edildi. Həmçinin, 5 mart 2009-cu il tarixli müvafiq Fərmanla Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə və Komitənin Strukturu təsdiq edildi. Hazırda, QKDK hökumətin tərkibində müstəqil struktur kimi fəaliyyət göstərərək baş nazirə hesabat verir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələri

Beynəlxalq əlaqələr və qarşılıqlı əməkdaşlıq çərçivələrinin qurulması və idarə edilməsi QKDK-nın prioritet fəaliyyət istiqamətlərindən biridir. Komitənin beynəlxalq əlaqələri institusional və funksional səciyyə daşımaqla iki istiqamətdə həyata keçirilir: 1) qiymətli kağızlar bazarının tənzimləyiciləri ilə; 2) müvafiq beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın qurulması və idarə edilməsi ilə QKDK ilə digər dövlətlərin tənzimləyici qurumları arasında əməkdaşlığın əsas məqsədi maliyyə bazarlarında effektiv nəzarət və zəruri məlumat mübadiləsini həyata keçirməkdir. Tənzimləyici qurumlarla həyata keçirilən əməkdaşlıq sferasının əsas istiqamətlərindən birini də institusional quruculuq və potensialın artırılmasına xidmət edən təcrübə mübadiləsi təşkil edir. Bu çərçivədə, QKDK bir sıra dövlətlərin qiymətli kağızlar bazarı tənzimləyiciləri ilə əməkdaşlıq və məlumat mübadiləsinin hüquqi əsaslarını müəyyən edən Memorandumlar imzalamışdır. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Belarus Respublikasının Maliyyə Nazirliyi ilə, eyni zamanda Qazaxıstan Respublikası maliyyə bazarının və maliyyə təşkilatlarının tənzimlənməsi və onlara nəzarət Agentliyi arasında əməkdaşlıq sazişləri, həmçinin 2010-cu ildə Türkiyənin Kapital Bazarı Şurası ilə, 2011-ci ildə Gürcüstan Milli Bankı ilə, 2013-cü ildə Ukraynanın Qiymətli Kağızlar və Fond bazarı üzrə Dövlət Komissiyası, 2014-cü ildə Polşanın Maliyyə Nəzarəti Agentliyi və Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyası ilə əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumları imzalanmışdır.

Eyni zamanda, QKDK 2003-cü ildən etibarən MDB üzv dövlətlərinin qiymətli kağızlar bazarlarının tənzimlənməsi üzrə dövlət qurumları rəhbərləri Şurasına üzv olmuş və Şuraya üzv qurumlarla həm çoxtərəfli, həm də ikitərəfli münasibətlər qurulmuşdur. Bu çərçivədə QKDK MDB-yə üzv ölkələrin qiymətli kağızlar bazarlarını tənzimləyən dövlət qurumları ilə davamlı olaraq məlumat və təcrübə mübadiləsi həyata keçirməkdədir.