Azərbaycan Sosiologiya Assosiasiyası (ASA) sosioloji araşdırmaların və rəy sorğularının keçirilməsi və təhlili ilə məşğul olan ictimai qeyri-hökumət təşkilatıdır.ASA 1996-cı ildə təsis edilmiş və həmin ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Sosiologiya Assosiasiyası Beynəlxalq Sosiologiya Assosiasiyasının (BSA) üzvüdür. ASA PADOR ,Dünya Bankının DACON Mərkəzində və Dünya Bankının Vendor Xidmətində rəsmi qeydiyyata alışmışdır.ASA fəaliyyətini Azərbaycanda və xaricdə "tam dövri" alətlərin təsviri və məlumatların toplanmasıdan tədqiqatların nəticələrinin təhlili və təqdimatına qədər aşağıdakı sahələrdə fəaliyyətini həyata keçirir:
Azərbaycan Sosiologiya Assosiasiyası tərəfindən keçirilmiş tədqiqatların nəticələri Beynəlxalq Sosiologiya Assosiasiyasının “İnternational Sosiology” , “Current Sociology” jurnallarında çap edilmiş və Zorakılığa dair Ümumdünya Konqresində (Dublin, İrlandiya, 1997), XIV Ümumdünya Sosiologiya Konqresində (Monreal, Kanada 1998); XV Ümumdünya Sosiologiya Konqresində (Brizben, Avstraliya, 2002) , XVI Ümumdünya Sosiologiya Konqresində (Durban, Cənubi Afrika, 2006), XVII Ümumdünya Sosiologiya Konqresində(Göteborq,İsveç,2010), XVII Ümumdünya Sosiologiya Konqresində(Yokohama,Yaponiya,2014) və bir çox beynəlxalq elmi konfranslarda məruzə edilmişdir. Monreal ,Brizben və Yakohamadə keçirilmiş Ümumdünya Sosiologiya Konqreslərində Azərbaycan Sosiologiya Assosiasiyası xüsusi elmi sessiyalar keçirmişdir.
Azərbaycan Sosiologiya Assosiasiyasının missiyası sosioloji tədqiqatların , rəy sorğularının aparılmasından və demokratiyanın inkişafı , vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaqdan ibarətdir.Azərbaycan Sosiologiya Assosiasiyasının fəaliyyət çərçivəsinə insan hüquqları və demokratiyanın inkişafı,gender bərabərliyi,uşaqların sağlamlığı və təhsili,yoxsulluğun aradan qaldırılması,cəmiyyətdən təcrid olunmuş sosial qrupların problemlərinin həlli,münaqişələrin həlli və demokratiyanın inkişafında Vətəndaş Cəmiyyəti Təşkilatlarının rolunun artırılmasına dəstək daxildir. ASA həmçinin qaçqınların və məcburi köçkünlərin təşkilatlanması və inkişafı ilə, qanunla ziddiyyətdə olan uşaqların tərbiyə məsələləri ilə və əhalinin müxtəlif digər təbəqələrinin sosial təlimi ilə məşğul olur.ASA müxtəlif layihələrin həyata keçirilməsinin səmərəliliyi yollarının, insan həyatının inkişafına aid olan təşkilatların fəaliyyətlərinin sosial qiymətləndirilməsini və təhlilini aparır.
Azərbaycan Sosiologiya Assosiasiyası kollektiv və fərdi üzvlərdən ibarətdir.ASA-nın kollektiv üzvləri insan hüquqları və demokratiyanın inkişafı,gender bərabərliyi,uşaqların sağlamlığı və təhsili,yoxsulluğun aradan qaldırılması,cəmiyyətdən təcrid olunmuş sosial qrupların problemlərinin həlli,münaqişələrin aradan qaldırlması və Vətəndaş Cəmiyyəti Təşkilatlarının demokratiyanın inkişafında rolunun artırılması sahəsində fəaliyyət göstərirlərASA-nın fərdi üzvlər sosiologiya, siyasi elmlər,antropologiya, iqtisadiyyat, hüquq, səhiyyə, pedaqogika, psixologiya və başqa sahələrdə çalışan yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. ASA-nın üzvləri sosioloji informasiyanın alınması, işlənməsi və təhlili, mükəmməl tövsiyələrin və fəaliyyət proqramlarının hazırlanması sahəsində yüksək ixtisasa malikdirlər.ASA-nın tərkibində sosiologiyanın bir çox sahələrini əhatə edən tədqiqat bölmələri fəaliyyət göstərir. Təşkilatın həmçinin tədqiqat komitələri və tematik qrupları var.Azərbaycan Sosiologiya Assosiasiyasının Ali orqanı 4 ildən bir keçirilən Konqresdir. Konqreslərarası dövrdə ASA təşkilatın Prezidentinin rəhbərlik etdiyi İcraedici Şura tərəfindən idarə olunur. Hal hazırda ASA-nın Prezidenti Rüfət Quliyevdir.