Qeyri hökumət təşkilatı və ictimai birlik olan Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA ölkədə risk menecmentini inkişaf etdirmək məqsədi ilə yaradılmış, əsas prinsipi risk peşəkarlarını bir araya toplayaraq ən müasir və ən effektiv təcrübələrin Azərbaycanda tətbiqini genişləndirməkdir. Hal-hazırda assosiasiya 1000-dən çox fiziki, 20-dən çox korporativ üzvə malikdir. Təhsil, bilik və məsləhət xidmətləri üzrə aparıcı təchizatçılardan biri olan ARPA üzvlərinə risklərin idarə edilməsi sahəsində müxtəlif seminarlar və treninqlər keçirir.
Uzun müddətli perspektivdə daha keyfiyyətli məhsul və ya xidmətlər təklif edərək xərclərin azaldılması, elcəcə də Azərbaycan şirkətlərinin rəqabət gücünün artırılması prosesində risk menecementinin inkişafı əvəzsizdir. Bu vəzifəni əsas tutaraq maliyyə sahəsində müasir biliklərlə təchiz olunmuş peşəkarların hazırlanması, yeni innovativ məhsulların idxalı və tətbiq olunması, bu sahədə yüksək mədəniyyətinin formalaşdırılması üçün ARPA üzvlərin inkişafı üçün əlindən gələni əsirgəmir.
Təşkil etdiyimiz çoxsaylı seminarlar, dairəvi masalar, məsləhət xidmətləri və ekspert qruplarının yığıncaqları nəticəsində risk menecment mövzusunun ölkəmizdə daha da populyarlaşdırılmasına və inkişafına nail ola bilmişik. Fəaliyyətinin ilk dövrlərində risk menecmentinin inkişaf etdirilməsini maliyyə-kredit sektoruna yönəltməsindən əlavə, ARPA iqtisadiyyatın digər sektorlarında da risk menecementi üzrə qabaqcıl və əhəmiyyətli təcrübələrin tətbiq edilməsində öz töhfəsini verir. Azərbaycanda risk menecementi ənənəsinin formalaşması digər şirkətlərin diqqətini cəlb edərək daha geniş və daha səmərəli risk peşəkarları şəbəkəsinin yaranması üçün münbit mühit yaradır.Missiyamız - iqtisadiyyatın bütün sahələrində risklərin idarə olunması mədəniyyətinin formalaşdırılması ilə Azərbaycanda sabit inkişafa təkan vermək, risklərin idarə olunması, korporativ idarəetmə, daxili audit üzrə prinsip və üsulların hamı tərəfindən tam qavranılmasına, bu prinsip və üsulların istifadəsindən fayda əldə olunmasına töhfə verməkdən ibarətdir.