Azərbaycan Qızıl Aypara Cəmiyyəti xəritədə

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 112 AZ1022 *** 1 səs

Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliazadağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilmişdir.General-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya "Birinci Dünya Müharibəsi" zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olmuşdur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixi

1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci Dünya Müharibəsi zamanı Cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi olaraq qeyd etmək lazımdır. Bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfəri Səriyyə Talışxanova və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı "Florens Naytingel" medalı ilə təltif edilmişlər.1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.

1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Respublikada nümayəndəliyi açılmışdır.1994-cü ilin noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Respublikada bu sahədə fəaliyyət göstərən yeganə rəsmi, humanitar təşkilat kimi təsdiq edilmişdir.1995-ci ilin noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cəmiyyətimiz rəsmən tanınmışdır.1995-ci ilin noyabrın 26-da Cəmiyyətimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir.