Azerbaijan Property Solutions haqqında
Azerbaijan Property Solutions (APS) əsas diqqətini Qafqaz Regionunda peşəkar şəkildə konstruktor məsləhəti, əmlakın idarə edilməsi və sifarişçilərə icarəçinin təqdim edilməsi xidmətləri göstərilməsinə yönəldən bir şirkət olaraq təsis edilmişdir. Yerli məkana qlobal təcrübənin və geniş yanaşmanın tətbiq edilməsi zərurətini anlayaraq APS Cushman & Wakefield (C&W)şirkəti ilə iş birliyi qurmuş və hazırda, həmin şirkətlə üstünlük verilən tərəfdaşlıq əlaqəsinə malikdir. İki şirkət arasında əməkdaşlıq inkişaf etdiyindən dinamik şəkildə inkişaf edən bazara yönəlmiş daha ətraflı həlli yolları müəyyən edilmişdir. Bu məqsədlərə nail olmaq üçün APS ölkənin ən yaxşı daşınmaz əmlak üzrə mütəxəssislərindən istifadə etmiş və hazırda komandaya təcrübəli beynəlxalq və yerli peşəkarları cəlb etməkdə davam edir. APS Qafqaz regionunda bu cür bilik və təcrübəni yaymaqda və C&W ilə birgə sifarişçilərimizin əmlak ehtiyacını ödəmək üçün misli görünməyən səviyyədə kommersiya daşınmaz əmlak xidmətlərinin göstərilməsində israrlıdır.
MƏRAM
Azərbaycanda qlobal daşınmaz əmlak şirkəti ilə birgə çalışan ilk yerli şirkət olaraq sifarişçilərimizin ehtiyaclarını ödəmək üçün ən dəyərli həlli yolları təqdim edərək ən kreativ və innovativ xidmətlər göstəririk. Biz sifarişçilərimizin daşınmaz əmlakla bağlı verilən qərarlardan ən məlumatlı olmalarını təmin etmək üçün tez bir zamanda səfərbər olacaq və onları bilik, resurs və istedadlarımızla təmin edəcəyik. Biz regionun ən peşəkar komandasıyıq və həmişə bazar imkanlarını nəzərə alır və təcrübələrimizi sifarişçilərimizə onların mənfəət əldə edə biləcəkləri tərzdə aşılayırıq.
ƏSAS DƏYƏRLƏR
• Hörmət və etibar əsasında tərəfdaş və müştərilərimizlə sıx işgüzar münasibətlərin yaradılması
• Sövdələşməklərimizin bütün maraqlı tərəfləri arasında iş birliyi və etibarlılığın təmin edilməsi
• Xidmətlərimizin vicdanla, sadə və şəffaf şəkildə yerinə yetirilməsi
• Əsas diqqətin sifarişçilərin ən yaxşı nəticələr əldə etmələrinə yönəldilməsi
FƏALİYYƏT PRİNSİPLƏRİ
Təqdimetmə Standartları:
Sifarişçilərimizə, eləcə də şirkətimizə RICS-nin (Sertifikatlı Qiymətləndiricilərin Kral İnstitutu) Davranış Kodeksinə riayət edərək ən yaxşı nəticələrə nail olmaqda kömək etməklə yerli bazarda beynəlxalq standartların həyata keçirilməsi.
Sifarişçinin maraqları:
Müstəsna xidmət səviyyəsi təklif etməklə sifarişçinin məqsədlərinə nail olmağa çalışmaq. Sifarişçilərimizi şəffaf və etibarlı xidmətlərlə təmin etmək. Bacardığımız qədər ən yaxşı məsləhət və yardımla təmin etmək.
Personal:
İşçilərə öz peşəkar bacarıqlarını nümayiş etdirməyə və inkişaf etdirməyə, istedadlarını həyata keçirməyə və bunun müqabilində layiq olduqları mükafatlandırmanı əldə etmələrinə imkan yaratmaqla onlar üçün yararlı iş yerinin təmin edilməsi.
İşgüzar əlaqələr
Şirkəti peşəkarlıq və müsbət baxımdan reklam etməklə tərəfdaşlara, sifarişçilərə və personala son dərəcə hörmətlə yanaşmaq.
Hesabatlılıq:
Bütün fəaliyyətlərdə və göstərdiyimiz bütün xidmət sahələri boyu etibarlı və məsuliyyətli tərəfdaş olmaq.
Təkmilləşmə:
Hər zaman və durmadan peşəkarlıq baxımından inkişafa can ataraq və mövcud olan ən yaxşı həlli yollarını öyrənərək yüksək peşəkarlığa malik konsultasiya firması kimi səmərəliliyin artırılması, ilk öncə ən yaxşı nəticələrin əldə edilməsi.
İmkanlar:
Daima işçi heyətinin peşəkar bilik və bacarıq qabiliyyətlərini inkişaf etdirmək.
Biz ofis, ticarət, anbar və yaşayış daşınmaz əmlak obyektlərinin idarə edilməsində geniş təcrübəyə malikik. Biz obyektlərin maliyyə idarəçiliyi öz üzərimizə götürürük, ilkin sənədlərlə bağlı obyektlərin işini təşkil edirik. İcarə münasibətləri və marketinq tam idarə olunan xidmətlərin tam spektrini, eləcə də parklanma işinin təşkilinə, ümumi istifadə yerlərinin qorunmasına, mövcud binanın istismarı üzrə kompleks təmizlik işlərinə, o cümlədən onun texniki xidmətinə də xidmət göstəririk.
Bizim əsas vəzifəmiz obyektin kapitallaşmasının artırılmasından və daimi xərclərinin optimallaşdırılmasından ibarətdir. Biz əməliyyat və təşkilati riskləri maksimum azaldaraq layihənin maliyyələşdirilməsini aparırıq. Sahibkar ilə şəffaf əlaqələr saxlayaraq, biz həmişə layihənin investisiya cəlbediciliyini artırmaq üçün, imkanlar axtarırıq.