1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılmışdır.Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlamışdır. Assosiasiya 6 milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi) təmsil edir.1992-ci ildən milli idman növləri bədən tərbiyəsi proqramlarına salınmışdır.