1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimitəmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1993-cü ildə tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Barselona Olmpiya Oyunlarında Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi.
1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyətiilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario VaskesRana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Azərbaycan prezidenti Heydər Əliyev onları qəbul etdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər AvropaYeniyetmələrinin Olimpiya Günlərindəiştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, birgümüş medal qazanıldı.
Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüşlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaət oxşsayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya oyunlarında idman tariximizdə ilk dəfə olaraq 5 medal qazandıq. Bütün bunlar İlham Əliyev cənablarının təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərlən dirilməlidir.
Azərbaycanda 64 idman növü üzrə baza vardır. Respublikada 53 idman Federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hal-hazırda Azərbaycanda 365489-dan çox şəxs idman və bədəntərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan Azərbaycan idmançıları 945 medal qazanmışlar.
Azərbaycanda olimpiya hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan olimpiya oyunlarında ciddi uğurlar əldə edib. Bu baxımdan, Çin olimpiya oyunlarına hazırlıq və iştirak diqqəti daha çox cəlb edir. Çində iştirak etmək də məqsəd Azərbaycanın idman şərəfini ləyaqətlə yerinə yetirmək və müstəqil Azərbaycan Respublikasının üçrəngli ay ulduzlu bayrağını qaldırmaqdır. Ölkə prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmiz də olimpiya hərəkatına müsbəttə siredəna millər sırasındadır. MOK Azərbaycanda idmanın və respublika olimpiya hərəkatının inkişafına xüsusi qayğı göstərir.
Yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbətcəhətləridə tətbiq olunmaqdadır. MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Beləki, həril müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışları məhz Azərbaycanda keçirilmişdir.
İdmançılara qayğı dövlət səviyyəsində davam etdirilir.