Azərbaycan Milli Cangüdənlər Assosiasiyası xəritədə

Azərbaycan Milli Cangüdənlər Assosiasiyası

Bakı, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, 21 AZ1001 *** 8 səs

Azərbaycan Milli Cangüdənlər Assosiasiyası haqqında

Azərbaycan MCA-nın ali nümayəndəlik orqanı ömürlük olaraq Prezidentdir. Onun öhdəliklərinə daxildir: dövlət orqanları, ictimai təşkilatlar və KİV nümayəndələri qarşısında assosiasiyaya aidiyyatı olan bütün məsələlərdə assosiasiyanın maraqlarının və mövqelərinin təmsil olunması. Prezident təşkilatın inkişaf strategiyasını formalaşdırır və təsdiq üçün İdarə Heyətinə təqdim edir. Prezidentin hüquqları Nizamnamədə təyin edilmişdir. Azərbaycan MCA-nın ali qanunverici və məhkəmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin sədri və aparıcısı Azərbaycan MCA-nın Prezidentidir. İdarə Heyəti yalnız Nizamnamə çərçivəsində hərəkət edir. İdarə Heyətinin qərarları Azərbaycan MCA-nın bütün üzvləri üçün mütləqdir. Mənəvi-etik xarakterli məsələlərin həllində İdarə Heyəti Nizamnamədə qeyd edilmiş çərçivədə və qaydada məhkəmə funksiyalarını da yerinə yetirir. Azərbaycan MCA-nın ali İcraat orqanı Mənzil-qərargahdır (Bakı ş.) – o, İdarə Heyətinin qərarının icrasına nəzarət funksiyalarını həyata keçirir. Üzvlük strukturu İdarə Heyətinin qərarına əsasən, Azərbaycan MCA-nı təşkil edir: - inzibati üzvlər (təsisçilər, referentlər, köməkçilər, müşavirlər) – assosiasiyanın üzvləri. 23 yaşına çatmış, Şəxsi Mühafizə Müəssisələrində (ŞMM) və ya Təhlükəsizlik Xidmətində (TX) ən azı 3 il iş təcrübəsi olan, hərbi xidməti keçmiş Azərbaycan vətəndaşı, eləcə də hüquq-mühafizə orqanlarının hazırki əməkdaşı müsahibədən keçərək Assosiasiyanın üzvü ola bilər. Azərbaycan MCA-nın Bəyannaməsi: Azərbaycan MCA, ictimai təşkilat olaraq dövlət fəaliyyət formasına can atır. MCA-nın əsas vəzifələri bunlardır: - həm ölkədə, həm də xaricdə istənilən səviyyədə şəxsi təhlükəsizliyi təmin etmə məsələlərini həll etməyə qadir olan peşəkar şəxsi heyətin hazırlanması və auiditi. - Azərbaycan MCA-nın beynəlxalq bazar alətinin – «Boz kölgələr» cangüdənlər klubunun yaradılması. – nizamnamənin məqsədləri çərçivəsində təhlükəsizlik industriyasının dünya bazarına inteqrasiyası. İctimaiyyətlə əlaqələr və assosiasiyanın maraqlarının KİV-də təmsil olunması məsələlərini Azərbaycan MCA-nın Mətbuat Mərkəzi həll edir. İnkişaf planı «Boz kölgələr» Baki cangüdənlər klubunun təşkilini, təsnifat normativlərinin müəyyən edilməsini, profilli peşəkar auditlərdə iştirakı, yerli MCA şəbəkəsinin yaradılmasını nəzərdə tutur.