MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspiy” Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli, 580 №-li Fərmanı ilə KTEİB-in bazasında AMAKA yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli, 463 nömrəli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Milli Aero Kosmik Agentliyin (MAKA) Təcrübi Zavodunda GPS/QLONASS qəbuledicilərinin telematik modullarının istehsalı həyata keçirilməsi planlaşdırılır. Rusiyanın Federal Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal olunacaq bu modulların Rusiyaya və digər ölkələrə ixracı nəzərdə tutulur. Agentliyin nəzdində ötən əsrin 70-ci illərindən poliqon fəaliyyət göstərir. Sadəcə olaraq, 1988-ci ildən sonra poliqondan lazımi səviyyədə istifadə olunmayıb. Amma fəaliyyət planında poliqonun genişləndirilməsi, bu poliqonun dünya standartlarına uyğun səviyyədə tikilməsi əksini tapıb. Hazırda Nabranda yerləşən poliqonda bizim institutlarımızda hazırlanan maketlər, avadanlıqlar təcrübə sınaqlarından çıxarılır. Həmin poliqonun məqsədi institutlarda elmi əsaslarla yaradılan cihazların MAKA-nın zavodlarında hazırlanmaqla sınaqdan çıxarılmasından ibarətdir. Gələcəkdə bu poliqon daha da genişləndiriləcək. MAKA-nın Mingəçevirdə də sahələri var.MAKA-nın öz milli kosmanavtını hazırlamağa tam hüququ və imkanları var!