Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 1999-cu il Moskva Əmək və Sosial Münsaibətlər Akademiyasının əsasında yaradılmışdır. Akademiyanın Təsisçiləri Rusiya Təhsil nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olmuşdur. Altı ildən artıq azərbaycanda fəaliyyət göstərən bu Akademiya 2006-cı ildən müstəqil özəl ali təhsil müəssisəsi kimi Həmkarlar İttifaqının təsisçiliyilə fəaliyyət göstərir.
Akademiyada görkəmli alimlər çalışırlar. Universitetdə təhsilin səviyyəsi yüksəkdir. Akademiyada tədris "KREDİT" sistemi ilə keçirilir. Kredit sistemində tələbələr bal ilə qiymətləndirilir:100-91-A;90-81-B;80-71-C;70-61-D;60-51-E .Akademiya 11 mərtəbəlidir və müasir tələblərə cavab verir.