"Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (AİŞ) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır. AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
2014-cü ilin oktyabr ayından etibarən ölkədə sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nə həvalə edilmişdir.