Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası beynəlxalq yük daşınması ilə məşğul olan Azərbaycanın fiziki və hüquqi şəxsləri birləşdirən təşkilatdır. ABADA 1993-cü ilin may ayında yaradılmışdır. ABADA 1993-cü ildən (İRU)- nın üzvüdür. Assosiasiya təmsil etdiyi üzvlərin səlahiyyətli orqanlar qarşısında milli maraqlarını qorumaq məqsədi daşıyır.ABADA ( Nazirlər Kabinetinin 04.10.1997 il tarixli Qərarına əsasən) 1975-ci ildən qəbul edilmiş Gömruk TİR konvensiyasının Azərbaycan ərazisində zəmanət orqanı kimi tanınır.ABADA nəqliyyat vasitələri olan və müvafiq qaydalara riayət edən BYD kitabçalarını öz üzvlərinə verir.