Azərbaycan Turizm Institutu xəritədə

Azərbaycan Turizm Institutu

Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 822/23 AZ1072 *** 2 səs

Azərbaycan Turizm Institutu haqqında

Azərbaycan Turizm İnstitutu və ya qısaca ATİ — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış ali təhsil müəssisəsi. Azərbaycanda turizm sahəsi üçün kadr hazırlayan universitet. İnstitutun peşəkar məqsədi Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir.

Azərbaycan Turizm İnstitutunun yaranması

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.

Hədəflərimiz

  • Müasir tipli, fasiləsiz təhsil kompleksi və kampüsü qurmaq;
  • Tətbiqi elmlər üzrə geniş profilli ali təhsil müəssisəsinə çevrilmək;
  • TEDQUAL sertifikatını almaq;
  • Ümumdünya Turizm Təşkilatının regional təlim mərkəzinə çevrilmək;
  • Ali təhsil müəssisələri arasında reytinqə görə Azərbaycanda lider və Avropada ilk 500-yə daxil olmaq.

İnstitutun xarici əlaqələri

Qafqaz Universitetlər Birliyinin üzvü idi.Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış "Turizm Sahəsi üzrə Təhsildə Əməkadaşlıq" müqaviləsinin şərtlərinə əsasən, İELTS 6.0 dərəcə toplayacaq hər bir ATİ tələbəsi dörd illik bakalavr təhsilinin sonunda həm ATİ (milli), həm də Krems Universitetinin (beynəlxalq) diplomunu alacaqdır. Bu diplomla ATİ tələbələri Avropanın istənilən ali təhsil məktəbində təhsillərini daha yüksək elmi dərəcələr üzrə təkmilləşdirmək və işlə təmin olunmaq imkanı qazanırlar.

ATİ eyni zamanda, digər iki Azərbaycan Universitetləri ilə - Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə - birgə konsorsium tərkibində "Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi" proqramının qaliblərindəndir. Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi proqramının məqsədi Avropa Birliyi ölkələri ilə Üçüncü Dünya ölkələri arasında tələbə və akademik heyət mübadiləsinə əsaslanaraq təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirməkdir