Azərbaycan Gimnastika Federasiyası haqqında
Federasiya öz fəaliyyətində Olimpiya hərəkətinin prinsip, məqsəd və vəzifələrini qəbul edir, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə sıx qarşılıqlı fəaliyyət göstərir.Federasiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və idman təşkilatları ilə əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, kadrların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi məsələsində əməkdaşlıq edir.
Federasiya öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf edir və möhkəmləndirir.Federasiya beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilər.Federasiyanın ali idarəetmə orqanı Ümumi Yığıncağıdır.Federasiya aşağıdakı vəzifələri yerinə yetirir:
idmanın gimnastika növlərini inkişaf etdirmək və təbliğ etmək;
öz səlahiyyətləri çərçivəsində idmanın gimnastika növləri üzrə milli yığma komandaları formalaşdırmaq və beynəlxalq yarışlarda iştirakını təmin etmək;
idmanın bu növləri üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;
idmanın gimnastika növlərində idmançıların, məşqçilərin, bu sahədə çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının qayğısına qalmaq;
beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla idmanın gimnastika növləri üzrə qaydaları işləyib hazırlamaq;
idmanda dopinq vasitələri və (və ya) metodlarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;
müəyyən edilmiş qaydada idmanın gimnastika növlərinin respublika Vahid idman təsnifatına daxil edilməsi məqsədi ilə bu növlər üçün tələblər və normalar, həmçinin idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib hazırlamaq.