Azərbaycan Diabet Cəmiyyəti xəritədə

Azərbaycan Diabet Cəmiyyəti

Bakı, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 AZ1008 *** 1 səs

Azərbaycan Diabet Cəmiyyəti haqqında

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə ciddi siyasi və sosial-iqtisadi problemlər yükü ilə qarşılaşdı, bu səbəbdən də respublikada diabet sahəsində çox gərgin vəziyyət yarandı: yüksək ölüm, əlillik, endokrinoloji dispanserlərin və poliklinikaların şəkərsalıcı dərmanlarla və özünənəzarət vasitələri ilə təminatı, reablitasiya sistemi acınacaqlı halda idi. Vəziyyətin belə olduğu bir zamanda şəkərli diabet xəstələrinə sosial və hüquqi müdafiə yardımı göstərmək, eləcə də ictimaiyyətə xəstəlik haqqında məlumat verməklə bu ciddi problemə dövlətin də diqqətini cəlb etmək məqsədilə Azərbaycan diabet cəmiyyəti (ADC) təsis edildi, dövlət tərəfindən 22 iyun 1995-ci il tarixdə qeydiyyata alındı.Qeyd etmək lazımdır ki, bu cəmiyyət (ADC) 1995-ci ildə təşkil edilmiş «Rüfət» Bakı şəhər şəkərli diabet cəmiyyəti bazasında yaranmışdır.

Azərbaycan Diabet Cəmiyyətinin məqsədləri

  • şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi;
  • ŞD xəstələrinə dövlət qayğısının beynəlxalq standartlara uyğunluğunun təminatı;
  • ŞD xəstələrinin həyat kefyiyyətlərinin yaxşılaşdırılması.
  • ŞD xəstələrinin maariflənməsi məsələsində yaxından iştirak etmək.

Vəzifələri

  • ŞD-nin profilaktikası, ŞD xəstələrinin müalicəsi üçün qanunvericilikdə müəyyən edilmiş insulin və digər şəkərsalıcı dərmanlarla təminat;
  • zəruri müayinələrin və monitorinqlərin aparılmasına ictimai nəzarətin təşkili;
  • ŞD xəstələrinin aşkar edilməsi, xəstələrin və onların ailə üzvlərinin özünənəzarət təlimi, qanda qlükozanın konpensasiyası, xəstəliyin profilaktika və müalicəsini aparmaq məqsədilə respublikanın regionlarında diabet məktəblərinin təşkil edilməsndə köməklik göstərmək;
  • xəstələrin əmək və sosial hüquqlarının təmin edilməsində köməklik göstərmək;
  • BDF-nin üzvü olaraq BMT-nin ŞD üzrə Qərarının və Federasiyanın bu barədə qərar və tapşırıqlarının yerinə yetirilməsinə səy göstərmək;
  • ŞD xəstələrinin sağlamlıqlarının yaxşılaşdırılması, xüsusilə uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə onların sanatoriya və digər müalicə müəssisələrində müalicə və istirahətlərinin təşkilində iştirak etmək;
  • xəstələrin işə düzəlməsində, reablitasiya, tibbi, sosial, hüquqi və psixoloji məsələlərdə və təhsildə kömək etmək;
  • bu xəstəliyin məlum xüsusiyyətlərini nəzərə almaqla, qayğıkeşlik, özünüidarəetmə və cəmiyyət üzvlərinin öz fəaliyyətinə, eləcədə dövlət, ictimai təşkilatlar və ayrı-ayrı şəxslərin (o cümlədən xarici vətəndaşların) dəstəyinə əsaslanmaqla maarifləndirmə işini aparmaq.