Azcoll xəritədə

Azcoll

Bakı, Nərimanov rayonu, Hacı Murad küçəsi AZ1075 *** 2 səs

Azcoll haqqında

Azcoll şirkəti olaraq biz 6 ildən artıqdır ki, yerli bazarda fəaliyyət göstərən bank və digər maliyyə qurumlarına problemli borcların yığılması üzrə xidmət göstəririk. Şirkətimiz Yapıkredi Bank, Nikoil Bank, Zaminbank, İDK Bank Olmayan Kredit Təşkilati, Prokredit Bank Olmayan Kredit Təşkilatı Elcell, Baku Elektroniks kimi aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq edir. Şirkətimiz tərəfindən problemli borcların yığılması soft collection, hard collection, legal collection metodları ilə həyata keçrilir. Şirkətimizdə 2 qrup olmaqla 12 nəfər problemli kreditlər üzrə ekspert, 3 mobil qrup və 6 hüquqşünas müştərilərimizin problemli borclarının yığımını həyata keçirir. Gün ərzində hər ekspert 80-100 telefon danışığı aparmaq imkanına malikdir. Mobil qruplar hər birində 2 nəfər olmaqla fəaliyyət göstərirlər və gün ərzində 10-14 müştərini evində və ya iş yerində taparaq borcların ödətdirilməsini həyata keçirirlər. Peşəkar hüquqşünaslarımız ay ərzində 470-510 məhkəmə işini yekunlaşdıraraq məhkəmə əmri və qətnaməsi çıxarmaq imkanına malikdirlər. 2014-cü ilin ilk 7 ayı ərzində 964346 manat məbləğində problemli borc əməkdaşlıq etdiyimiz banklara geri ödətirilmişdir. Şirkətimiz əsasən təminatsız borcların məhkəməyədək və məhkəmə qaydasında ödətirilməsi istiqamətində ixtisaslaşmışdır.