Azcatering - professional iaşə xidmətləri göstərən şirkətdir. İstər istehsalatda (zavod, fabrik və s.), istərsə də ofis binalarında (xidmət sahələri) fəaliyyət göstərən şirkətlərə yüksək səviyyəli katering xidməti həyata keçirir. Ərzaq və qeyri-ərzaq malları gigiyenik və uyğunluq sertifikatları ilə qəbul olunur. Həmin mallar standartlara uyğun olaraq quru anbar və xüsusi soyuducu kameralarda saxlanılır.
Məhsulun hazırlanmasında keyfiyytətinə və gigiyenik şərtlərin yerinə yetirilməsinə xüsusi nəzarət olunur.Hər gün bütün mətbəx və avadanlıqlar sterilizə olunur. Məhsul xüsusi sterilizə olunmuş qablarda və termobokslarda şirkət tərəfindən istənilən ünvana çatdırılır. Daşınmada istifadə olunanan avtomobillər sanitariya pasportları ilə təmin olunub və gigenik normalara uyğundur. Personalımız katering sahəsində öz sözünü demiş təcrübəli aşbazlardan təşkil olunub. Bütün personalın tibbi müayinədən keçməsinə ciddi nəzarət olunur.