AZ Logistika and Management Services xəritədə

AZ Logistika and Management Services

Bakı, Qaradağ rayonu, Salyan şossesi, 32 AZ1083 *** 2 səs

AZ Logistika and Management Services haqqında

AZ Logistika and Management Services” MMC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir.Biz işimizi keyfiyyətin yüksək standartı ilə təmin edən ISO sertifikatlı şirkətik.

ISO keyfiyyət standartlı xidmətlərimiz  bizi rəqiblərimizdən fərqləndirir.   Siz Azlogistikanı seçməklə göstərilən məntəqəyə yüklərinizin vaxtında və təhlükəsiz çatdırılmasına zamin əldə etmiş olursunuz.2009-cu ildə şirkət Xəzər regionunun iri neft şirkətləri tərəfindən keçirilən Sahibkarlığın İnkişafı üzrə Təlim Proqramında (EDTP) uğurla iştirak etmişdir. Bu proqram şirkətin idarəetmə sisteminin tam auditini, sənədləşmə və iş prosedurlarının dərindən yoxlanmasını əhatə etmişdir.

AZ Logistika and Management Services şirkətinin fəaliyyətləri

” AZ Logistika and Management Services ” MMC ” BP Exploration (Caspian Sea) Ltd ”, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ” Qala Oil ” şirkətləri tərəfindən elan edilmiş neft və neft məhsullarının , təhlükəli və təhlükəsiz tullantıların daşınması üzrə bir neçə iri müqavilənin tender prosesində uğurla iştirak etmiş və hazırda  bu müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirməkdədir.

Şirkətin idarəedici komandası və digər sahələri əhatə edən əməkdaşları geniş xidmət siyahısına və tullantı məhsullarının və zərərli materialların daşınması üçün tələb olunan dərin logistika biliklərinə malikdir. Daşınan materiallar aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır: Tullantı materialları,Sənaye suyu, Neft məhsulları,Karbohidrogen əsaslı məhsullar. ”AZ Logistics and Management Services” MMC həm Respublika daxilində , həm də Azərbaycan Respublikasının sərhədlərindən kənarda daşınma xidmətləri həyata keçirir. Hal-hazırdakı xidmət göstərdiyimiz ərazılər əsasən aşağıdakılardır:

  • Abşeron Yarımadası
  • Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri
  • Qərb İxrac boru kəməri
  • Cənubi Qafqaz boru kəməri
  • Respublikanın rayonları