Az-Granata xəritədə

Az-Granata

Bakı, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Yusifzadə küçəsi, 108 AZ1000 *** 0 səs

Az-Granata haqqında

Seçiminizi bizim məhsulda dayandırdığınız üçün təşəkkür edirik. Təbii şirələr istehsal etməklə biz ilk növbədə məhsullarımızın istehsalı zamanı istifadə olunan meyvələri sevgi və qayğı ilə böyüdən zəhmətkeş kəndlilərə dərin hörmətimizi bildiririk. Biz inanırıq ki, Vətənimizin məhsuldar torpaqlarında böyüdülmüş və günəşin parlaq şüaları ilə isidilmiş meyvələr yalnız yüksık keyfiyyətli məhsul verə bilər. Bizim məqsədimiz – məhsuldar torpaqlarda becərilmiş meyvələrin təbii vitaminlərini, o cümlədən də onların təbii dadını və müalicəvi xüsusiyyətlərini qoruyub saxlamaqdır. İşimizin əsas məğzini məsuliyyət və operativlik təşkil etdiyindən, biz bazara yüksək keyfiyyətli məhsul çıxarırıq və hər bir evə zövq bayramı bəxş etməyə çalışırıq. Ağsuda yerləşən zavodun sahəsi 8.8 hektar təşkil edir. Zavod şirə və şərabların istehsal olunduğu üç sexdən, 5 mərtəbəli inzibati binadan, 3 mərtəbəli otel və ziyarətçilər üçün 13 qonaq otağından ibarətdir. Zavodun istehsal sexləri meyvələrin qəbulu və emalı, konsentrantların hazırlanması, şərabın emalı və saxlanılması, şərabın şüşələrə doldurulması, spirtin işlənməsi, aseptik saxlanılmas, meyvə şirələrinin hazırlanması, şüşələrə doldurulması və qablaşdırılması, tetra-pak doldurulması və saxlanılması şöbələrindən ibarətdir. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbul etmək gücünə malikdir. Zavodun illik istehsal gücü 50000 ton meyvə şirəsi və 65 million şərti bağlama təşkil edir. Meyvələrin qəbulu sexləri üzüm, nar, alma, armud, heyva növlərinin qəbuluna uyğundur. Meyvələrin qəbulu sexlərində meyvələrin qəbulu və təmizlənməsi, növlər üzrə ayrılması, arzuolunmaz mikroorqanizmlərdən təmizlənməsi və aseptik saxlanılması, konservant səviyyəsinə qədər qatılaşdırılması cə aseptik çəlləklərə doldurulması həyata keçirilir. Avadanlığı Almaniya, İsveçrə, İtaloya, Bolqariya və Fransadan gətirilmiş zavodda 2 million litrə qədər hazır məhsul üçün anbar inşa edilmişdir. Bundan əlavə, zavodun ərazisində yerləşən laboratoriyada kimyəvi və mikrobioloji araşdırma, dadın dequstasiyası və satışa uyğunluğu da daxil olmaqla bütün lazımi araşdırmalar aparılır, standartlara uyğun olaraq, məhsulun gigiyenası təmin edilir. Ən müasir texnologiyalarla təchiz olunmuş zavodda 3 şüşə meyvə şirəsi və 1şüşə şərab üçün 4 doldurma xətti mövcuddur. 1 litr, 850 ml və 200 ml həcmli şüşələrə doldurulma üçün nəzərdə tutulmuş bir xəttdə meyvə şirələri və nektarlar sterilizə edilir və qablara doldurulur. 1 litr və 200 ml həcmli tetra-pak qablaşdırmanın xəttində meyvə şirələri və nektarlar sterilizə edilərək, qablaşdırılır. Zavodda 16 növ meyvə şirəsi istehsal olunur, onlar da istehsalçıya 50 növ şərti qablaşdırmada təklif olunur. Az-Granata şirkəti meyvə şirələrini istehlakçılara Vita1000 brendi ilə təqdim edir. Bakının mərkəzində yerləşən satış mərkəzində 2 million litr həcmli hazır məhsul anbarı inşa edilmişdir. Zavodun şərab xəttində aşağıdakı şərab növləri istehsal olunur: Qırmızı kamşirin, Qırmızı yaı-quru və ağ yarı-quru. Zavod özünün 700 hektar sahəyə malik bağlarından nar və üzüm ehtiyyatını təmin edir. Zavodun bağlarında Rkatsiteli və Saperavi texniki növlərlə yanaşı həm də süfrə üzüm becərilir. Zavodun meyvə ehtiyatlarının təmin edilməsi üçün gələcəkdə 1000 hektar sahəyə malik ərazidə bağ salınması planlaşdırılır.