AzFiber Pools xəritədə

AzFiber Pools

Bakı, Turkan qəsəbəsi, Xəzər rayonu AZ1000 *** 1 səs

AzFiber Pools haqqında

Liflərin hazırlanma üsulundan və materialından asılı olaraq onlar təbii və sintetik olurlar. Sintetik liflərin bir çox növləri var ki,onlardan da biri şüşə liflərdir və maye şüşədən hazırlanır. Bu liflərdən texniki məqsədlərlə istifadə etmək üçün çox böyük mexaniki göstəricilərə malik olan parça hazırlanır. Təqdim etdiyimiz hovuzların materialı fiber-kompozit materialdır.Buradakı kompozit sözünün mənası-eyni cinsli olmayan,müxtəlif saylı təbəqələrdən ibarət olan deməkdir. Təbəqələr şüşə parça və müvafiq tərkibli yapışdırıcı qətrandan ibarətdir. Bundan başqa hovuzun bilavasitə su ilə təmasda olan təbəqəsi su molekullarını keçirməyən, gigiyenik sertifikata malik materialdandır.

AzFiber Pools hovuzları

Dünyada FİBERQLASS (və ya qısaca FİBER) adı ilə tanınan yeni kimyəvi tərkibli məhsulların istehsalı artıq ölkəmizdə də həyata keçirilir. Bu materialın tətbiq sahəsi çox genişdir - məişətdə, sənayedə, inşaat sektorunda, avtomobil, təyyarə, gəmi istehsalında və digər sahələrdə FİBERQLASS-dan istifadə ilbəil artır. FİBERQLASS kompozit material olduğu üçün onun ənənəvi materiallardan fərqli və üstün cəhətləri çoxdur.

Kompozit -iki və ya daha artıq maddənin (materialın) ən yaxşı xüsusiyyətlərini bir yerə cəmləşdirməklə bu maddələrin molekulyar səviyyədə birləşdirilməsi ilə əmələ gələn və özündə yeni xassələr daşıyan yeni bir materialdır. İnsanlar hələ çox qədimdən kompozit materiallara maraq göstərmişlər. İnsanların istifadə etdiyi ən bəsit kompozit məhsul saman qarışdırılmış palçıq (çiy kərpic) olmuşdur. Bu sadə kompozit məhsulda istifadə olunan saman və palçıq öz zəif cəhətlərini itirmiş və ortaya yeni və daha fərqli tikinti materialı çıxmışdır. FİBER 10-dan çox müxtəlif maddənin birgə istifadəsi zamanı yaranan yeni növ materialdır. FİBER-in istehsalı zamanı müxtəlif kimyəvi əlavələrdən istifadə etməklə materialın təyinatlarını daha da genişləndirmək, yəni materiala yangına, şaxtaya, yüksək təzyiqə, kimyəvi turşuların və qələvilərin təsirinə davamlılıq və s. kimi keyfiyyətlər vermək olar.

AzFiber Pools hovuzları beton hovuzlardan nə ilə fəqlənir:
- hovuz sifarişçinin ünvanına tam hazır halda gətirilir
- quraşdırılma müddəti beton hovuzlarda olduğu kimi aylarla deyil, 1.5-2 günə başa çatır
- yay mövsümünü itirməmək imkanı - bir neçə günə siz artıq çimirsiniz
- təminatlı keyfiyyət - beton hovuzlarda beton tökülən zaman yaranan problemlərin olmaması
- kompozit materialın elastikliyi və möhkəmliyi beton hovuzları dağıdan torpaq hərəkəti və köpmələri kimi çoxsaylı problemlərin olmamasına təminat verir
- səthinin hamarlığı hesabına kimyəvi materialların sərfi - 70%-ə qədər azalır
- divarlarında su bitkiləri və mikroorqanizmlərin olmaması

AzFiber Pools hovuzları yığma hovuzlardan nə ilə fərqlənir:
- heç bir birləşmə və tikiş yoxdur - bizim hovuz bütöv monolit qab şəklindədir
- siz "bir-iki" dəfəlik yığma və ya hava ilə doldurulan hovuz deyil, əsl stasionar hovuz əldə edirsiniz
- qışda suyu boşaltmağa ehtiyac yoxdur