Ayan xəritədə

Ayan

Bakı, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 7 AZ1010 *** 1 səs

Ayan haqqında

"Ayan" Müəssisəsi Azərbaycanda qida məhsullarının istehsalı, onların emalı və ixracı ilə məşğuldur.Müəssisə 2011-ci ilin avqust ayından etibarən həmçinin, "Qızıl Quyu" adlı limonadların istehsalına başlamışdır. Bu az muddət ərzində "QızılQuyu" limonadlarımız öz keyfiyyət və dadına görə süfrələrimizin bəzəyinə çevrilmişdir. Azərbaycanımızın şəfalı guşələrindən biri olan Şahdağ ətəklərindən axan bulaqlardan gətirilmiş su, müasir laboratoriya şəraitində qum və aktiv karbon filtrlərindən keçərək tərsosmos aparatı ilə yoxlanılır.

Avropa standartlarına uyğun almaniyada istehsal olunmuş avadanlıqlarda, ənənəvi gürcü texnologiyasına və ənənəsinə uyğun təbiişəkər, təbiikarbonqazı və təbii aromatizatorlardan hazırlanan "Qızıl Quyu" limonadlarımız alman istehsalı olan qapaqlarla qorunaraq bağlanır, yalnız bir dəfə istifadə olunan şüşələrə doldurularaq etiketlənir, avtomatik dolum kontrolu və etiket kontrolundan keçərək əl dəymədən istehsal olunur.Müəssisədə dünya standartlarına uyğun texnoloji avadanlıqlar quraşdırılmışdır. Burada istehsal olunan məhsulun keyfiyyətinə ciddi nəzarət olunur.

Ayan MMC-ın məhsulları

"Ayan" Müəssisəsi "Белочка" "Tək-Tək" ağ-qara günəbaxan tumlarının və "Белочка" şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması və satışı ilə məşğuldur. Müasir standartlara cavab verən texnologiya ilə tam gigyenik şəraitdə istehsal olunur. "Ayan" MMC istehsal etdiyi yüksək keyfiyyətli məhsullarının ixracı sahəsində də müvəffəqiyyətlə fəaliyyət göstərir. "Ayan" MMC özfəaliyyəti dövründə iri istehsalçı kompaniyalar ilə uğurlu əməkdaşlıq təcrübəsi əldə etmiş və hal-hazırda alıcılarına geniş çeşiddə yüksək keyfiyyətli qida məhsulları təklif etməyə hazırdır.

Müəssisə istehsalın modernləşdirilməsi istiqamətində mütəmadi olaraq bir sıra tədbirlər həyata keçirir və məhsulun dizayn və qablaşdırılmasının estetik tərtibatını təkmilləşdirərək istehsal həcmini artırır.Bu gün Müəssisədə yeni istehsal texnologiyalarının tətbiqi nəticəsində buraxılan məhsulun qiymət və keyfiyyətinin optimal tarazlığına nail olmaq mümkün olmuşdur. Bizim təklif etdiyimiz bütün mallar yüksək keyfiyyətə və rəqabət qabiliyyətli qiymətə malikdir