Avto-Media Reklam Şirkəti xəritədə

Avto-Media Reklam Şirkəti

Bakı, Nəsimi rayonu, Sarabski küçəsi, 657 AZ1000 *** 1 səs

Avto-Media Reklam Şirkəti haqqında

Avto-Media Reklam Şirkəti öz fəaliyyətinə 2008-ci ildən başlamışdır. Nəqliyyat vasitələrində reklam yerləşdirilmədə ilk şirkətlərdən biri olmağımız bizi bu işin qabaqcıllarından biri edib. Yarandığı ilk gündən etibarən “Avto-Media” müştərilərə yüksək keyfiyyətli xidmət göstərməsi ilə seçilir.“Avto-Media” öz müştərilərinə mütəmmadi olaraq yeni xidmətlər təklif edir. Şirkətimiz hər keçən gün fəaliyyət sahələrini genişləndirir və bu gün biz müştərilərimizə aşağıda göstərilən reklam növlərini təklif edirik: müxtəlif nəqliyyat vasitələrində iç və çöl reklamı, ölkə ərazisindəki avtomobil yollarında bilbordların quraşdırılması və yüksək reytinqli internet səhifələrində veb bannerlərin yerləşdirilməsi. Nəqliyyat vasitələrində reklam ən təsirli reklam növlərindən biri hesab olunur. Biz Sizə avtobusların üzərində, avtobus içi tutacaqlarda reklam yerləşdirilməsini təklif edirik. “Auto-Media” Sizin məhsullarınızın reklamını istədiyiniz ərazidə, istədiyiniz marşrutla hərəkət edən nəqliyyat vasitələrində yerləşdirməklə onun hədəf kütləsinə çatdırılmasına asanlıqla nail olur. İnternet səhifələri üzərindən edilən reklamlar da artıq reklamın əsas vasitəsinə çevrilib. Siz internet səhifələrində reklam yerləşdirməklə öz müştərilərinizə daha rahat çata bilərsiniz. “Auto-Media” Sizə internet səhifələrində veb bannerlə reklam imkanı yaradır. Siz öz reklamınızı “Auto-Media” vasitəsi ilə on minlərlə istifadəçisi olan səhifələrə yerləşdirə bilərsiniz. “Avto-Media” yarandığı ildən etibarən müxtəlif şirkətlərlə əməkdaşlıq etmişdir. Bizim müştərilərimiz maliyyə, qida sənayesi, tikinti, rabitə xidmətləri, müxtəlif növ məhsulların istehsalı ilə məşğul olan şirkətlərdir. Bizim əsas üstünlüyümüz hər zaman reklam bazarında mövcud vəziyyəti nəzərə alaraq müştəriyə uyğun qiymət və keyfiyyətli iş təklif etməyimizdir. Əgər Siz də öz reklamınızı nəqliyyat vasitələrində, magistral yollarda, internet səhifələrində görmək istəyirsinizsə, bizə müraciət edin!