Avropa.az Radio xəritədə

Avropa.az Radio

Bakı, Yasamal rayonu, Mətbuat prospekti, 529 AZ1000 *** 0 səs

Avropa.az Radio haqqında

Azərbaycan internet məkanında ilk radiolardan biri olan «Avropa» radiosu 28 may 2010-cu ildə fəaliyyətə başlamışdır. Kiçik kollektivle fəaliyyətə başlamış «Avropa» radiosu bu gün geniş və mehriban bir ailəyə sahibdir. Kollektivimizdə peşəkar televiziya, radio işçiləri, jurnalistlər çalışırlar. Paytaxt Bakıdan Azərbaycan dilində internet vasitəsi ilə bütün dünyaya yayımlanan radiomuz 24 saat xidmət göstərir. «Avropa» radiosunu ərsəyə gətirməkdə əsas məqsədimiz, internet sektorunda keyfiyyətli radioçuluq xidməti göstərmək, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirmək və onlara qəribçiliyi unutdurmaqdır. Məhz bu səbəbdən efirimizdə milli musiqilərə də ustünluk verilir. Eyni zamanda, studiyamızda hər həftə Azərbaycan estradasının tanınmış simaları qonaq olur.Musiqili-əyləncəli, habelə marifləndirici olmaqla bir neçə redaksiyanı özündə birləşdirən «Avropa» radiosu Azərbaycan internet məkanında ən çox dinlənilən radiodur. Kiçik addımlarla böyük uğurları hədəfləyən radiomuz keyfiyyətli yayımla Sizlərin zövqunu oxşamaqda davam edir. Dinləyici maraqlarının qorunmasının tərəftarı olan «Avropa» radiosu peşəkar etika kodeksinə əsaslanır. “Gəncliyin səsi” şüarı ilə eşidilən radiomuzda gənclərin və özünü gənc hiss edən hər kəsin zövqünə uyğun verlişlər yayımlanır. «Avropa» radiosu 2010-cu ilin iyun ayının 1-dən etibarən “Oxuməni” qəzetinin səsli versiyası kimi fəaliyyətini davam etdirir. 2011-ci ilin avqust ayında Hollandiyada da studiyamız fəaliyyətə başlamışdır.«Avropa» radiosu özünə güvənən bütün yaradıcı şəxslərə və prodakşnlara əməkdaşləq təklif edir. Radio sahəsində müxtəlif mövzularda maraqlı layihələri, yeni ideaları və təklifləri olan hüquqi və fiziki şəxslər bizə müraciət edə bilərlər.