Avandsis haqqında
AVANDSIS şirkəti K.E.T.S. şirkətinin (Azərbaycan bazarında yüksək texnologiyaların layihələndirilməsi və tətbiqi sahəsində çoxillik iş təcrübəsinə malik sistem inteqratoru) və INVENSYS şirkətlər qrupunun (Böyük Britaniya/ABŞ) Azərbaycandakı Nümayəndəliyinin(istehsal proseslərinin avtomatlaşdırılması sahəsində dünya lideri və 2001-ci ildən Azərbaycanda biznesini fəal inkişaf etdirir) biznesinin restrukturizasiyası nəticəsində 2004-cü ildə yaradılmışdır. AVANDSISintellektual binaların elektron təhlükəsizliyi və istehsal və biznes proseslərinin avtomatlaşdırılması sistemlərinin layihələndirilməsi, işlənib hazırlanması, tətbiqi və xidməti sahəsində system inteqratoru kimi bazarda çıxış etməsi ilə yanaşı, C-BUS, MOTOROLA Symbol, CISCO şirkətləri ilə sertifikatlaşdırılmış tərəfdaş münasibətlərinə malikdir INVENSYS sənaye qrupu məhsullarının Azərbaycanda rəsmi distribüteridir.
Şirkətin işinin əsas istiqamətləri:
– intellektual binaların elektron təhlükəsizliyi
– videomüşahidə sistemləri
– obyektlərə girişə nəzarət
– mühafizə siqnalizasiyası sistemləri
– yanğınsöndürmə sistemləri
– “Ağıllı ev” İT sistemləri və Telekommunikasiya sistemləri
– lokal/qlobal şəbəkələr
– ofis ATS-ləri
– peyk/kabel TB
– rabitə telekommunikasiya vasitələri
– istehsal və bizne proseslərinin avtomatlaşdırılması
– texnoloji prosesi idarəetmə sistemləri
– nəzarət-ölçmə cihazları
– kompleks proqram həlləri.